Tofiq Yaqublu

Источник: Foto: Meydan TV

Başlıq: Tofiq Yaqublu

“Human Rights Watch” Tofiq Yaqublu ilə bağlı bəyanat verib

“Hakimiyyət Yaqublunu dərhal azad etməli, siyasi müxalifətə təzyiqləri dayandırmalıdır”

Human Rights Watch (HRW) beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda Tofiq Yaqublunun həbsini kəskin şəkildə pisləyib.

Təşkilatın 25 mart tarixli bəyanatında deyilir ki, T.Yaqublu hökuməti tənqid etdiyinə görə uydurma “xuliqanlıq” ittihamı ilə həbs olunub. HRW qeyd edir ki, həbs Azərbaycan prezidenti İlham Əliyevin çıxışından bir neçə gün sonra baş verib:

“Əliyevin çıxışından belə görünürdü ki, koronavirus pandemiyası ilə mübarizə üçün nəzərdə tutulmuş üsullardan müxalifətə divan tutulmasında istifadə olunacaq. Bu, hökumətin söz azadlığına, siyasi tənqidçilərinə nifrətinin daha bir narahatedici göstəricisidir”, - bəyanatda deyilir.

Qurumun Avropa və Orta Asiya üzrə direktoru Giorgi Gogia deyib ki, Azərbaycan hökumətinin tənqidçilərinin susdurmaqdan ötrü saxta ittihamlara əl atması kimi çoxdankı bir davranış nümunəsi mövcuddur və Yaqubluya qarşı iş tamamilə bu davranışa uyğundur.

Martın 22-də saxlanmazdan öncə T.Yaqublu Facebook-da yazıb ki, təxribatla üzləşib:

“8-ci kilometr bazarı”nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır”, - o yazıb.

T.Yaqublunun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onu 7 ilədək həbs təhlükəsi gözləyir.

Human Rights Watch

Human Rights Watch

Источник: Meydan TV

HRW qeyd edir ki, məhkəmənin belə abstrakt və əsassız ittihamlarla T.Yaqublunun barəsində həbs qətimkan tədbiri seçməsi Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş qanunsuz həbsə qarşı təminatı pozur.

Qurum T.Yaqublunun Şüvəlanda təcridxanasına yerləşdirilməsinin narahatlıq yaratdığını bildirib.

“Bu təcridxana həddən artıq dolu olması, natəmizliyi, zəif işıqlandırılması və zəif havalandırma sistemiylə ad çıxarıb. 2017-ci ildə ölkəyə səfərdən sonra Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsi bu təcridxananın “mümkün qədər tez” bağlanmasını tövsiyə edib”, - bəyanatda deyilir.

“Human Rights Watch” T.Yaqublunun ilk dəfə həbs olunmadığını, onun mütəmadi saxlandığını, pis rəftara məruz qaldığını, siyasi fəaliyyətini dayandırmaq üçün xəbərdarlıq aldığını qeyd edib.

“Hakimiyyət Yaqublunu dərhal azad etməli, siyasi müxalifətə təzyiqləri dayandırmalı, Azərbaycanda yaşayanların səhhəti ilə məşğul olmalı, medianın öz işini azad və təhlükəsiz görməsinə imkan verməlidir”, – bəyanatda vurğulanır.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ar9rz8

Самое читаемое