Источник: Turan.az

Hesabat: AŞPA 44 günlük müharibədə həlak olan və itkin düşənlərin sayından sarsılıb

"Hər iki tərəf əsirlərlə qeyri-insani rəftar edib"

Sentyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının sessiyasında "Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri" adlı hesabat qəbul edilib.

Sənəddə qeyd olunur ki, assambleya 44 günlük müharibə zamanı həlak olan və ya itkin düşən adamların sayından sarsılıb.

Məlumatı Turan.az yayıb.

Bildirilir ki, assambleya müharibə zamanı saxlanılan ermənilərin taleyindən narahatdır: "Azərbaycan hakimiyyətini bu adamların barəsində Avropa İnsan Hüquqları Məhkəməsinə məlumat verməyə, əsirlikdə qalanların hamısını azad etməyə və onları Ermənistana qaytarmağa çağırırıq".

Hesabatda hər iki tərəfdən əsirlərlə qeyri-insani rəftar, hərbi əməliyyatlar zonasından kənarda dinc əhaliyə qarşı kütləvi qırğın silahlarının tətbiq edilməsi faktlarından danışılır: "Erməni qüvvələri ballistik raketlərdən, yaylım atəşli reaktiv sistemlərindən istifadə edib, Azərbaycan qüvvələri isə yaylım atəşli artilleriya və reaktiv sistemlərdən istifadə ediblər".

Avropa Şurası tərəfləri bu və digər iddiaları araşdırmağa, hərbi cinayətlərdə və ya digər hüquqa zidd əməllərdə təqsirli bilinən hər kəsi, o cümlədən komandanlıq səviyyəsində məsuliyyətə cəlb etməyə çağırır: "Hər iki tərəf minaları zərərsizləşdirmək üçün birgə çalışmalıdır. Təəssüf ki, noyabr atəşkəsindən sonra 159 azərbaycanlı və 5 erməni həlak olub, yaxud yaralanıb. Ermənistanı minalanmış ərazilərin xəritələrini dərhal təqdim etməyə çağırırıq. 2021-ci ilin mayından sərhədin müxtəlif nöqtələrində baş verən insidentlərdən ciddi narahatıq. Ölüm və yaralanma halları olub, erməni əsgərlər isə əsir götürülüb. Odur ki, hər iki tərəfi deeskalasiyaya, üçtərəfli bəyanatda razılaşdırılmış mövqelərin saxlanmasına, sərhədlərin delimitasiyası və demarkasiyası barədə danışıqlar aparmağa, sülhyaratma qüvvələrinin və ya hərbi monitorinq qüvvələrinin iştirakı ilə demilitarizasiya zonasının yaradılması imkanlarını öyrənməyə çağırırıq".

"Münaqişə regionun mədəni irsinə dəhşətli təsir göstərib. Assambleya hər iki tərəfin məsuliyyət daşıdığı ziyanı və dağıntıları pisləyir. Tövsiyə edirik ki, Ermənistan və Azərbaycan ziyanın qiymətləndirilməsi üçün YUNESCO-nun hər iki ölkədə mədəni irs obyektlərinə məhdudiyyətsiz çıxış imkanlarına şərait yaratsın. Assambleya hər iki ölkəyə nifrətin (o cümlədən dövlət və yüksək vəzifəli şəxslər tərəfindən) qızışdırılmasına, həmçinin nifrət zəminində cinayətlərə qarşı mübarizə üzrə addımlar atmağı tövsiyə edir. Ermənistana və Azərbaycana irəli sürülmüş ittihamları araşdırmaq təklif edilir", - deyə hesabatda qeyd olunub.

Eyni zamanda, AŞPA Nazirlər Komitəsinə tövsiyə edib ki, Ermənistan (2023-2026) və Azərbaycan (2022-2025) üzrə Fəaliyyət Planlarını hazırlayarkən münaqişənin humanitar nəticələrini nəzərə alsın, hazırkı fəaliyyət planları ilə bağlı çeviklik göstərsin, onları münaqişənin nəticələrinə uyğunlaşdırsın.

Azərbaycan və Türkiyənin nümayəndə heyətləri hesabatın əleyhinə səs verib. Ümumilikdə 80 deputat qətnamənin lehinə, 18 nəfər əleyhinə səs verib, 3 nəfər bitərəf qalıb.

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan hesabatdan razı olduğunu ifadə edib.

Bu barədə AzadliqRadiosu məlumat yayıb.

“Azərbaycanın Dağlıq Qarabağı beynəlxalq sənədlərdən çıxarmaq cəhdlərinə baxmayaraq, biz qətnamənin adını və mətnini dəyişdirə bildik, oraya ‘Dağlıq Qarabağ münaqişəsi’ ifadəsini saldıq ki, bu çox vacibdir”, – deyə Rubinyan söyləyib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ermənipərəst lobbinin Azərbaycanla bağlı qətnaməyə böhtan və yalan məlumatlar daxil etdiyini bildirib.

Məlumatı "Report" yayıb.

Amma S.Seyidov qətnaməni müsbət dəyərləndirib: "Çünki qətnaməyə Azərbaycanın milli maraqlarını əks etdirən xeyli sayda məsələ daxil edilib.

AŞPA yeni real vəziyyəti qəbul edir və bizim qətnaməyə təklif etdiyimiz əlavələrimiz qəbul olunub. Lakin qətnamənin əleyhinə səs verməyə məcbur olduq. Çünki erməni böhtanları da Avropa Şurasının erməni lobbisinin dəstəyi ilə qətnaməyə daxil etdirildi. Hansısa bir xülya ilə yaşayan erməni lobbisi öz böhtanlarını qətnaməyə daxil etməyə nail oldu. Təəssüf ki, belə məqamlar məruzəni heçə endirir".

Rəsmi Bakı saxlanılan hərbi əsirləri dəfələrlə terrorçu-diversant adlandırıb.

Bir müddət əvvəl isə məhkəmələr onlar haqqında həbs cəzaları kəsib və bir qismi mina xəritələri əvəzində azad olunub.

Dövlət başçısı İlham Əliyev sentyabrın 27-də xalqa müraciətində Dağlıq Qarabağ münaqişəsinin artıq bitdiyini növbəti dəfə vurğulayıb.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/cpc0jo

Самое читаемое