Источник: Meydan TV

Həkimlər əlavə ödənişləri ala bilmədiklərini deyirlər (yenilənib)

Статья обновлена:  26 Апрель 2021

17.40. “Yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktik tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsait Agentliyə ayrıldıqdan sonra Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası üzrə fevral və mart aylarının ödənişləri həyata keçiriləcək”.

Bu açıqlamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Meydan TV-nin sorğusuna cavab olaraq bildirib.

Agentlikdən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir.

“Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısı, həmçinin əməkhaqlarına müddətli əlavənin hesablanması tibb müəssisələri tərəfindən aparılır. Müddətli əlavələr tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) göndərilən iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən 3 iş günü ərzində ödənilir”, agentlikdən. bildirilib.

***

“Prezidentə kütləvi şikayətlərdən sonra ödəniş etdilər, indi də deyirlər, maaşdan kəsiləcək”

Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının koronaviruslu xəstələrlə işləyən əməkdaşları fevral-mart ayları üçün əlavə ödənişləri hələ də ala bilməyiblər.

Bu barədə Meydan TV-yə stansiyanın adlarının açıqlamasını istəməyən bir neçə həkimi məlumat verib.

Onların sözlərinə görə, bir aydan artıqdır problemin həll olunacağı vəd edilsə də, hələ nəticə yoxdur. Koronaviruslu xəstələrlə işləyən həkimlərin ödənişini təmas saatına görə maaşa əlavə etmək istəyiblər.

Stansiya TƏBİB-in nəzarətindədir.

Həkimlərdən biri bildirib ki, 3 briqada koronaviruslu xəstələrlə işləyir:

“Dayanmadan işləyirik. Amma vaxtında əlavə ödənişlər verilmir. Yoluxan həkimlər KT müayinəsindən öz hesabına keçib, dərmanları özümüz alırıq. Hər gün həyatımız təhlükədədir, nəzərə alın ki, koronavirusun tək əlaməti yüksək hərarət deyil”.

Stansiyadan məsələ ilə bağlı açıqlama vermək istəməyiblər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə məsələ ilə bağlı sorğu göndərilməsini istəyiblər. Yazılı sorğuya isə hələ cavab verilməyib.

Bakıdakı Kliniki Tibbi Mərkəzin (Semaşko kimi tanınır) əməkdaşları isə əlavələrin azaldılması və vaxtında ödənilməməsindən president.az saytına şikayət yazdıqlarını deyiblər. Kütləvi şikayətdən sonra xəstəxana əməkdaşlarının əlavələri ödənilib.

“Koronaviruslu xəstələrlə işləyən həkim kimi bir ildir ayda 1250 manata yaxın pul alıram. Şikayətlərdən sonra 1500 manatdan artıq pul verildi. Bəlli oldu ki, tək həkimlər deyil, tibb bacıları, sanitarlara da artıq ödənilib. Dedilər ki, şikayətinizi geri götürün və hər şeyin yaxşı olduğunu yazın. Tibb işçiləri ödənilməli olan konkret məbləği soruşdular. Çünki pulumuzun bizdən xəbərsiz kəsildiyini düşünürük. İndi də deyirlər ki, artıq ödənilib, bu ay maaşdan çıxarılacaq”, - həkimlərdən biri Meydan TV-yə danışıb.

Xəstəxana rəhbərliyi suallara cavab vermək istəməyib.

Sosial şəbəkədə isə Neftçala rayonunda da koronaviruslu xəstələrlə işləyən tibb işçilərinin fevral ayı üçün əlavələrin verilmədiyini və Saray modul tipli xəstəxanada da oxşar vəziyyətin hökm sürdüyü yazılıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  26 Апрель 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/t0wq85

Самое читаемое