Həftəsonu ölkədə koronavirusa yoluxma sayı 2144 olub

“Bugünkü test sayı 12 min 184-dür”.

Source: Meydan TV


Virus aşkarlanmış 33 nəfər həyatını itirib

Aprelin 18-də Azərbaycanda 2144 adam COVİD-19 infeksiyasına yoluxub, 1923 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah analiz nümunələri müsbət çıxan 33 nəfərin öldüyünü bildirib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 300 min 666 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 264 min 403 nəfər müalicə olunaraq sağalıb, 4140 pasiyent vəfat edib. Hazırda aktiv xəstə sayı 32 min 123 nəfərdir".

Eyni zamanda, ötən müddətdə 3 milyon 108 min 924 testin aparıldığı vurğulanıb:

"Bugünkü test sayı isə 12 min 184-dür".

Ana səhifəSağlıqHəftəsonu ölkədə koronavirusa yoluxma sayı 2144 olub