Həftəsonu Azərbaycanda 11 nəfər koronavirusdan ölüb

“Bugünkü test sayı isə 8374-dür”.

Source: Meydan TV


Virusa yoluxma sayı 472-dir

Mayın 16-da Azərbaycanda 472 adam COVID-19 infeksiyasına yoluxub, 1 122 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda analiz nümunələri müsbət çıxan 11 nəfərin vəfat etdiyi göstərilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 329 843 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 314 900 nəfər müalicə olunaraq sağalıb, 4 779 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 10 164 nəfərdir".

O cümlədən, ötən müddətdə 3 384 053 testin aparıldığı vurğulanıb:

"Bugünkü test sayı isə 8374-dür".

Ana səhifəSağlıqHəftəsonu Azərbaycanda 11 nəfər koronavirusdan ölüb