Источник: Kavkazski Uzel

Həbslərin sayının artması Azərbaycanda fəalların təqib miqyasından xəbər verir

Məqalə Kavkazski Uzel saytında dərc olunub

Azərbaycanda inzibati həbslər fəalların və hakimiyyəti tənqid edənlərin təqibi üçün istifadə olunur, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) məruzəsində deyilir. 2011-ci illə müqayisədə 2018-ci ildə inzibati həbslərin sayı 2,5 dəfədən çox artıb – rəqəmlər 3299-dan 8449-dək çoxalıb, məruzədə qeyd edilir. “Kavkazski uzel”in sorğuya çəkdiyi ekspertlərin dediyinə görə, fəalları saxlayır və sonradan polisə müqavimətdə ittiham edirlər.

Demokratik Təşəbbüslər İnstitutunun hazırladığı “İnzibati həbslər haqqında qanunvericiliyin və pis münasibətlə (cəzaçəkmə müəssisələrinə) bağlı halların analizi” adlı məruzədə 2018-ci ildə həyata keçirilmiş inzibati həbslərin statistikası analiz edilir və bu məlumatlar 2011-ci ilin məlumatları ilə müqayisə olunur. DTİ-nin rəhbəri Akif Qurbanovun “Kavkazski uzel”in müxbirinə dediyinə görə, araşdırmanın mənbə bazasını Dövlət Statistika Komitəsinin rəsmi məlumatları, KİV materialları, beynəlxalq təşkilatların hesabatları və inzibati həbslərə məruz qalmış 15 fəalın sorğusu təşkil edib.

DTİ (İDİ) qeyri-hökumət təşkilatı 2013-cü il noyabrın 5-də bir qrup hüquqşünas və ictimai fəal tərəfindən təsis edilib. DTİ-nin məqsədi ölkədə açıq cəmiyyətin yaranmasına yardım etməkdir. Təşkilata Ümid Partiyasından MSK üzvü olmuş Akif Qurbanov rəhbərlik edir. O, MSK-nın 2013-cü il oktyabrın 13-də prezident seçkilərinin yekun protokoluna qol çəkməmiş yeganə üzvüdür. O zaman zəfəri Azərbaycanın hazırkı prezidenti İlham Əliyev çalmışdı.

DTİ 2018-ci ildə 78 siyasi həbsin həyata keçirildiyini məruzə edib

Hesabat müəllifləri qeyd edirlər ki, 2011-ci illə (3299) müqayisədə 2018-ci ildə (8449) inzibati həbslərin sayı 2,56 dəfə artıb. Son iki ildə həbs olunanlara daha çox polisə müqavimət ittihamı irəli sürülüb, hesabatda yazılır. DTİ-nin fikrincə, 2018-ci ildə 78-dən artıq inzibati həbs siyasi səbəblə əsaslandırılıb.

Son yeddi il ərzində həbslərin sayının artması ilə yanaşı, həmçinin inzibati qanunvericilik sərtləşib. “2013-cü ildən başlayaraq inzibati qanunvericilik get-gedə sərtləşib. Belə ki, əgər qanunvericilikdə 2013-cü il mayın 14-də qəbul olunmuş düzəlişlərə qədər inzibati həbsin maksimal müddəti 15 sutka idisə, sonralar o, 90 sutkayadək artıb. Bununla yanaşı, nümayiş və piketlərin keçirilmə qaydalarının pozulmasına görə kəsilən cəza 60, polisə müqavimətə görə 30 sutkayadək uzadılıb. Pul cərimələrinin də miqdarı dəfələrlə artıb”, – DTİ-nin rəhbəri Akif Qurbanov qeyd edib.

Hesabatda o da qeyd edilir ki, çox vaxt vətəndaşları heç bir əsas olmadan əvvəl polis şöbəsinə, sonra məhkəməyə gətirirlər. Məhkəmə öz növbəsində polisin ifadələrinə əsaslanaraq inzibati həbs haqqında qərar çıxarır.

DTİ həmçinin diqqətə çatdırır ki, inzibati maddələrlə həbs olunanlar beynəlxalq standartlara cavab verməyən şəraitdə saxlanır. Belə ki, həbs olunmuş şəxs dörd kvadratmetr sahəsi olan kamerada saxlanmalıdır. Halbuki Sabunçu inzibati həbs olunanların saxlanma məntəqəsində dörd nəfərlik kameranın sahəsi vur-tut 12 kv.m təşkil edir. Nərimanovda bu 12,5 kv.m, Binəqədidə 13,5 kv.m, Göygöldə 14 kv.m-dir. 2018-ci ildə Müsavat Partiyasının inzibati həbs cəzası çəkən fəalı Elvin Abdullayev araşdıma müəlliflərinə danışıb ki, Binəqədi məntəqəsində altı nəfər üçün nəzərdə tutulmuş kamerada 12 adam saxlanılıb. Digər fəalın, hüquqşünas Emin Aslanın sözlərinə görə, elə həmin məntəqədə o cür kamerada 10 adam saxlanılıb.

Müsavat Partiyasının Xətai rayon təşkilatının sədr müavini Elvin Abdullayev polisə müqavimətdə günahlandırılıb və 30 sutka həbs cəzası alıb. Partiyada fəalın həbsini onun Azərbaycan prezidentinin ünvanına tənqid yazması ilə əlaqələndiriblər. Bir sıra Azərbaycan vətəndaşının şikayətlərini AİHM-nə hazırlayan hüquqşünas Emin Aslan həmçinin 2018-ci ildə polisə müqavimət göstərmək ittihamı ilə həbs olunub. Dindirmə zamanı polisləri Aslanın Meydan TV-dəki işi maraqlandırıb, - onun vəkili xəbər verib.

Həbs olunanlar polis tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalır, - məruzə müəllifləri təsdiqləyir. Onların sözlərinə görə, inzibati işlərlə bağı ittiham olunanlar vəkillərlə təmin olunmur, təyin edilən müdafiəçilərsə güc strukturlarının marağına uyğun hərəkət edir. Həbs olunanlara qəzet vermirlər, onlar keyfiyyətli tibbi müayinədən keçmir, telefon söhbətləri və görüş hüquqları da həyata keçirilmir, - tədqiqatda deyilir.

Bəzən hətta həbs olunanları işgəncəyə məruz qoyublar, üstəlik bununla bağlı şikayətlər nə yuxarı instansiyada hüquq-mühafizə orqanları, nə də məhkəmələr tərəfindən araşdırılmayıb, - məruzə müəllifləri qeyd edib. Eyni zamanda Ombudsman öz illik hesabatlarında ilkin həbs məkanlarında, izolyatorlarda və dustaqxanalarda işgəncə faktlarını rədd edir, - onlar deyiblər.

Məruzəyə fəalların şikayətləri daxil edilib

Respublikaçı Alternativ (ReAL) Partiyasının üzvü Ərəstun Baxşəliyevin dediyinə görə, onu polisə müqavimət ittihamı ilə həbs ediblər, amma saxlanmanın əsl səbəbi Azərbaycan Xalq Respublikasının 100 illiyi münasibəti ilə düzənlənmiş aksiyada iştirakı olub. Baxşəliyev bəyan edib ki, onu açıq havaya çıxarmayıblar, yeməyə təkcə peçenye və su veriblər. Azərbaycan Xalq Cəbhəsinin fəalı Hikmət Əliyev xəbər verib ki, inzibati həbs zamanı ona gündə boyat çörəyin altıda birini, çayabənzər maye və bərbad hazırlanmış horra veriblər. D18 hərəkatının fəalı Zaur Rövşənli bəyan edib ki, həbs müddətində ona bircə dəfə də olsun hamamda çimməyə icazə verməyiblər.

ReAL üzvü, digər fəal Samir Aşurov deyir ki, polisdə fiziki və mənəvi təzyiqə məruz qalıb. Orada onu tualet təmizləməyə məcbur edərək, üstəlik bunu kameraya çəkiblər. O təsdiqləyir ki, mitinqdə iştiraka çağırışlara görə yarım saat ərzində döyülüb və elektrocərəyan işgəncəsinə məruz qalıb.

AİHM 21 nömrəli qərarında etiraf edib ki, Azərbaycandan ərizə verənlər ya etiraz aksiyalarında iştirak etdiklərinə, ya da etmək istədiklərinə görə həbs olunublar, - hesabatda qeyd edilib.

Məruzə müəllifləri Azərbaycan hakimiyyətinə vətəndaşların güc strukturlarına etibarını bərpa etmək üçün inzibati cəzaları yumşaltmağı və islahatlar keçirməyi məsləhət görüb. Mətndə o cümlədən Ombudsmanın hesabatına işgəncələr və pis münasibətlə haqqında ayrıca fəsli daxil etmək təklif olunur.

Ekspertlər ATİ-nin nəticələri ilə razılaşıb

Repressiya və işgəncələrə qarşı komitənin başçısı Oqtay Güləliyev araşdırmanın yekunları ilə razılaşıb. “Təəssüf ki, əsassız inzibati həbs təcrübəsi bu il də davam etdirilib. İlin əvvəlindən 60 fəal, çoxluq etibarı ilə AXCP üzvləri 10 sutkadan 30 sutkayadək inzibati həbs cəzası alıb. Həbslər 2019-cu ilin ilk günlərindən başlayıb. Belə ki, məhz həmin vaxt həbsxanada olan bloger Mehman Hüseynova qarşı qaldırılımış yeni ittihamla bağlı etiraz edənlər saxlanılıb. Bu həbslər sonrakı həftələr və aylarda da davam edib. Həbslər daha çox müxalifətin həyata keçirdiyi və anons etdiyi etiraz aksiyaları zamanı baş verib. Çox vaxt adamları evlərindəcə həbs ediblər və bu zaman onları polisə müqavimətdə günahlandırıblar”, – hüquq müdafiəçisi “Kavkazski uzel”in müxbirinə deyib.

Hüquq sahəsində ekspert, vəkillər kollegiyasının sabiq üzvü Yalçın İmanov fəalların çox zaman polisə müqavimət adı ilə tutulduğunu söyləyib. “Bu, polis üçün ən rahat ittihamdır. Bu cür işlərdə şahid kimi polislərin özləri çıxış edir. İşə gedən versiyalarsa bunlardır: fəal küçənin ortasında telefonla kiminləsə söyüşür, polis işə qarışanda isə ona müqavimət göstərib. Özü də bu vaxt məhkəmələr işə formal baxırlar. Onlar saxlanılana vəkil dəvət etməyə icazə verilmədiyinə, yaxınları ilə əlaqə saxlaya bilmədiklərinə diqqət yetirmir. Əgər hətta kiminsə vəkil seçimi olursa, müdafiənin vəsatəti təmin olunmur, polisin təsdiqlədiyi kimi, qanun pozuntusunun baş verdiyi yerdə mövcud olan müşahidə videokameralarının yazıları izlənilmir, mobil operatorların billinq məlumatları tələb edilmir”, – İmanov qeyd edib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/478y88

Самое читаемое