Источник: Meydan Tv

Həbsdəki bankir qanundakı dəyişikliyin ona da tətbiq olunmasını istəyir

Cahangir Hacıyevin şikayəti məhkəmədə araşdırılır

Beynəlxalq Bankının beşinci ildir ki, həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev hesab edir ki, onun cəza məsələsinə yenidən baxılmalıdır. Çünki 2016-cı ildə onun haqqında birinci dəfə 15 illik həbs hökmü çıxarılandan sonra Azərbaycanda Cinayət Məcəlləsinə dəyişikliklər edilib. Onun ittiham olunduğu maddələrdən bir neçəsinin də cəza həddi dəyişdirilib.

C.Hacıyev bir müddət əvvəl bu məsələyə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə (onun saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsi bu rayonun ərazisindədir) müraciət etsə də, onun şikayəti təmin olunmamışdı. Keçmiş bankir həmin məhkəmə qərarından apelyasiya şikayəti verib.

İndi bu məsələni Bakı Apelyasiya Məhkəməsində Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Mayın 22-də hazırlıq iclası keçirilib, iş üzrə məhkəmə baxışı iyunun 8-nə təyin edilib.

C.Hacıyev 2015-ci ilin dekabrında mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və s. ittihamlarla həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 15 il həbs cəzası verilib. 2018-ci ildə onun barəsində yenidən cinayət işi başlanıb. İkinci cinayət işi üzrə ötən ilin sentyabrında çıxarılan hökmdə əvvəlki cəzası da birləşdirilməklə, ona 16 il 6 ay həbs təyin edilib. Bu ilin fevralında Bakı Apelyasiya Məhkəməsi cəzası 3 ay azaldaraq, 16 il 3 aya endirib. O, həmin qərardan da Ali Məhkəməyə kassasiya şikayəti verib.

C.Hacıyev Beynəlxalq Bankın təxminən 4 milyard vəsaitini mənimsəməkdə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir. Bankın vəsaitlərinin ölkə daxilində və xaricdə müxtəlif layihələrə sərf olunduğunu bildirir. Onun sözlərinə görə, o vəsaitlər hesabına yaradılan müəssisələr də hazırda Beynəlxalq Bankın və bu qurumun problemli kreditlərinin həllilə məşğul olan “Aqrarkredit”in və digər şəxslərin nəzarətindədir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/b62d4v

Самое читаемое