”Hansısa məmurun ”qara kassa”sını doldururuq”

Deputat Elmira Axundova sənədsiz evlərin kupça probleminin həllini təklif edib

Source: Azərtac

Deputat Elmira Axundova sənədsiz evlərin kupça probleminin həllini təklif edib

“Qanunsuz tikili hesab edilən evlər sənədləşdirilsə, təxmini heablamlara görə 300-500 milyon manat əlavə gəlir dövlət büdcəsinə yönələ bilər. Nə üçün bu leqal gəlirdən imtina edərək, hansısa məmurun “qara kassa”sını doldururuq?”

Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Elmira Axundova belə deyib. O bildirib ki, xalq arasında “kupça” adlı sənədin verilməsinin sadələşdirilməsi haqqında ölkə başısının sərəncamını yüksək qiymətləndirir. O, sənədsiz həyət evlərinə də “kupça” verilməsini təklif edib: “İnsanlar 20-30 ildir orada yaşayır, kommunal xərclər ödəyirlər. Lakin əllərində bir sənəd olmadığından onlar dövlətə nə əmlak vergisi ödəyə bilirlər, nə də bu evlər alqıl-satqı predmetidir. Ona görə də dövlətə ödəniləcək əlavə vergilər büdcəyə yox, kimlərinsə ciblərinə axır”.

Deputat bu məsələnin həllini diqqətdə saxlamağı hökumətdən xahiş edib.

Ana səhifəXəbərlər”Hansısa məmurun ”qara kassa”sını doldururuq”