Источник: JAMnews

Gürcüstanın Baş naziri siyasi böhran üzündən istefa edib

Material JAMnews saytında dərc edilib

Gürcüstanın Baş naziri Qriqori Qaxariya istefa edib. O, bu haqda hökumətin administrasiyasında keçirilən xüsusi brifinqdə məlumat verib.

Qaxariyanın izah etdiyi kimi, istefasının əsas səbəblərindən biri məhkəmənin dünən Vahid Milli Hərəkat müxalifət partiyasının lideri Niki Meliya ilə bağlı çıxardığı hökm olub. O bəyan edib ki, siyasi eskalasiya təhlükəsi mövcud olduğu halda Niki Meliyanın həbsini düzgün saymır.

Qaxariyanın dediyinə görə, istefasının səbəbi komanda ilə razılığa gələ bilməməsidir.

“Təəssüf ki, mən bu məsələ ilə bağlı öz komandamla vahid fikrə gələ bilmədim, odur ki, istefa etməyə qərar verdim. İnanmaq istəyirəm ki, bu addımım ölkəmizin siyasi məkanında qütbləşmənin azalmasına kömək edəcək. Çünki mən əminəm ki, aramızdakı qütbləşmə və konfrontasiya ölkəmizin gələcəyi üçün ən böyük riskdir”, – Qaxariya deyib.

Qaxariyanın qərarına ABŞ səfirliyinin və amerikalı senator Cim Rişin bəyanatları rəvac verib.

ABŞ səfirliyinin bəyanatında deyilir ki, hazırkı böhran seçki və məhkəmə sistemlərinin uzun illər boyu sürən probemlərindən doğur.

“Məhkəmənin Niki Meliya ilə bağlı çıxardığı hökmdən doğan hazırkı təhlükəli vəziyyət seçki və məhkəmə sistemlərində uzun illərdir sürən problemlərlə bağlıdır.

Hakimiyyətin və müxalifətin bu səhər maksimal təmkin nümayiş etdirməsi vacibdir.

Ən mühüm məsələləri çözməyin yeganə yolu dinc danışıqlardır. Biz hamını təmkinin qoruyub saxlamağa və zorakılıqdan qaçmağa səsləyirik”, – səfirliyin bəyanatında deyilir.

ABŞ-ın senatoru Cim Riş “Amerikanın səsi” ilə müsahibəsində bəyan edib ki, Meliyanın həbs olunması barədə çıxarılan hökm gürcü demokratiyası üçün təhlükəlidir.

“Cənab Meliyanın həbsi daha bir motivli hökmdür. Bu, artıq tez-tez rast gəlinən hala çevrilib və o, gürcü partiyaları arasında davam edən danışıqları mürəkkəbləşdirəcək. Mənim Gürcüstanın məhkəmə sisteminin müstəqilliyinin pisləşməyə doğru getməyə başlaması ilə bağlı qorxularım bugünkü hadisələrlə daha da artdı”, – senator deyib.

Dünən Tbilisi Şəhər Məhkəməsi Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsi barədə hökm verib.

Meliya dövlət çevrilişi cəhdində günhalandırılır. Onun günahının sübutu kimi 2019-cu il iyunun 20-də Rusiya Dövlət Dumasının deputatı Sergüy Qavrilovun Gürcüstan parlamentinə dəvətinə qarşı etiraz aksiyalarında Meliyanın mitinq edənləri parlament binasına çağırması göstərilir.

Meliya məhkəmənin çıxardığı qərara əsasən girov verməkdən imtina etdikdən sonra prokurorluq siyasətçinin həbs edilməsi tələbi ilə çıxış edib.

Gürcüstan Parlamenti deputat toxunulmazlığının Meliyanın əlindən alınmasına səs verib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/xfiw21

Самое читаемое