Gülnarə Kərimova evinin mətbəxində mühakimə edlib

20 yaşlı İman Kərimova qardaşı İslam Kərimovla hazırda Londonda yaşayır

Source: google.az

Eks-prezidentin nəvəsi İman Kərimova “The Guardian”a danışır

Keçmiş Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın beş il müddətinə azadlıqdan məhrum etmə ilə nəticələnən məhkəməsi bir gün belə çəkməyib və proses Karimovanın tutulduğu evin mətbəxində baş tutub. Gülnarə Kərimovanın qızı belə deyir.

Martın 12-də “The Guardian”da yayımlanan müsahibədə, Kərimovanın qızı İman Kərimova 2014-cü ildə Özbəkistan gizli qurumları tərəfindən həbs olunan Gülnarə Kərimovanın o vaxtda bu yana həyatının müəmmalı tərəfləri haqda məlumat verib.

Müsahibədə qeyd edilir ki, xüsusi təyinatlılar Kərimovanı saxlamaq üçün evinin balkonundan daxil olublar və Kərimova hələ o vaxtlar həyatda olan atasıyla əlaqə yaratmağa imkan tapmayıb.

Müsahibədən beş gün öncə ABŞ hakimiyyəti Kərimovanı xarici korrupsiya qanunlarını pozmaqda ittiham edərək ilk dəfə onun adını beynəlxalq rüşvətxorluqda hallandırıb.

Bundan az sonra, martın 5-də isə prokurorluq bildirdi ki, Kərimova ev həbsinin şərtlərini pozduğu üçün həbsxanaya aparılıb. Kərimovanın isveçrəli vəkili isə şərhində qeyd edib ki, müvəkkili məhdudiyyətlər, özbaşına üsullara və kütləvi psixoloji təzyiqlərə məruz qalıb:

"Gülnarə Karimova bir daha yoxa çıxıb. O, bir daha məhdudiyyətlərə, özbaşına üsullara və kütləvi psixoloji təzyiqlərə məruz qalıb. Şikayətçi şəxs özünü müdafiə etmək, ədalətə çatmaq və ədalətli məhkəmə şəraitinə nail olmaqdan məhrum olduğu müddətdə hər hansı iddianamə mənasızdır ", – deyə vəkil Gregoire Mangeat martın 12-də Azadlıq Radiosuna bildirib.

Mangeat əvvəllər deyib ki, Kərimova Daşkənddə saxlandığı mənzildən "zorla çıxarılıb" və "bilinməyən yerə aparılıb".

İman Kərimova anasının mənzilin ön qapısından çəhrayı çəkələkdə sürüklənərək çıxarıldığını göstərən video da təqdim edib.

İman Kərimova “The Guardian”-a bildirib ki, o və anasının problemləri onlar 2014-cü ildə Britaniyadan Daşkəndə tətil üçün gələndən sonra başlayıb. O zaman onun 15 yaşı olub. Bir səhər xüsusi təyinatlılar onların Daşkənddəki evlərinə daxil olublar. Onları ziyarətə gələn dostlarının başına torba keçirilərək evdən uzaqlaşdırıldığını deyən İman Kərimova mənzildə olan bütün elektron əşyaların və sənədlərin müsadirə edildiyini söyləyib. O qeyd edib ki, anası babasıyla əlaqə saxlamağa çalışsa da bu, mümkün olmayıb.

2015-ci ilin avqustunda İman Kərimova müsahibəsi zamanı deyib ki, bir hakim, prokurorlar və dövlət tərəfindən təyin olunmuş narahat bir hüquqşünas onların evinə gəlib və evdə bir neçə saat davam edən məhkəmə keçirilib.

Bu haqda özbək hakimiyyəti 2017-ci ilin iyul ayına qədər heç bir məlumat verməyib. 2017-ci ilin iyul ayında Baş Prokurorluq deyib ki, 2015-ci ildə Gülnarə Kərimova və bir neçə şəxsə qəsb, mənimsəmə və vergidən yayınma da daxil olmaqla bir sıra cinayətlərə görə məhkum edilib. Onlar 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Prokurorluğun bəyanatında deyilir ki, maliyyə səhvləri, saxtakarlıq və pul yuyulması ilə bağlı bağlı araşdırma aparılır.

20 yaşlı İman Kərimova qardaşı İslam Kərimovla hazırda Londonda yaşayır. Bacı və qardaş özbək hakimiyyətini anasını azad etməyə çağırır. Bir zamanlar Gülnarə Kərimova 1989-2016-cı illərdə Özbəkistanı idarə edən atası İslam Kərimovdan sonra prezidentliyə ən real namizədlərdən sayılırdı. Lakin onun adı prezident qızı olaraq səlahiyyətlərindən sui-istifadə etməkdə, korrupsiyada hallanıb.

Ana səhifəDünyaGülnarə Kərimova evinin mətbəxində mühakimə edlib