Gənclər və idman naziri vəfat etdi

O, 2015-ci ildə “Şöhrət”, 2019-cu ildə isə “Vətənə xidmətə görə” 1-ci dərəcəli ordeni ilə təltif edilib.

Source: Specify Source


Azad Rəhimov yanvar ayından ABŞ-da müalicə olunurdu

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov aprelin 30-da vəfat edib.

Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumat yayıb.

Azad Rəhimov yanvar ayından ABŞ-da müalicə olunurdu. Ailəsi onun ağciyər xəstəliyindən əziyyət çəkdiyini bildirirdi.

1964-cü ildə Bakıda doğulan Azad Rəhimov 2006-cı ildən Azərbaycanın gənclər və idman naziri vəzifəsindəydi. O, 2015-ci ildə "Şöhrət", 2019-cu ildə isə "Vətənə xidmətə görə" 1-ci dərəcəli ordeni ilə təltif edilib.

Ana səhifəSosialGənclər və idman naziri vəfat etdi