"Zirzəmiyə dolan su binanın bünövrəsini yuyub aparır"

Источник: Meydan TV

Başlıq: "Zirzəmiyə dolan su binanın bünövrəsini yuyub aparır"

Gəncə sakinləri: Binamızdan hər gün bir daş qopub düşür

“Zirzəminin nəmişliyi beşinci mərtəbəyə qədər qalxır”

“Nə bircə dəfə əsaslı təmir olunub, nə də kommunal xətləri yenilənib. Tez-tez zirzəmini su basır, çirkli su bəzən zirzəmidən bloklara dolur, mərtəbələrin pilləkənləri çirkab suyun altında qalır”.

Bunu Meydan TV-yə Gəncə şəhəri, Kəpəz rayonu, Aydınbəyov küçəsindəki 49 saylı binanın sakinləri deyir. Bu beşmərtəbəli binada 70 ailə yaşayır. Sakin Kamil Qasımov deyir, bina 1961-ci ildə istifadəyə verilib. Uzun illər keçməsinə baxmayaraq, bircə dəfə də əsaslı təmir olunmayıb.

“Zirzəmi su ilə dolur, dam örtüyü dağılıb”

“Bir də görürsən binanın böyründən keçən adamın qarşısına yekə bir daş qopub düşdü. İnsanların həyatı da təhlükədədir. Zirzəmiyə dolan su binanın bünövrəsini yuyub aparır. İcra hakimiyyətinə dəfələrlə müraciət etmişik. Özüm dəfələrlə Fövqəladə Hallar Nazirliyinə məlumat vermişəm, bircə dəfə də gəlib yerində maraqlanmayıblar. Halbuki, söhbət 70 ailənin taleyindən gedir. Bu binaların təmir-bərpası üçün bəlkə də vaxtaşırı nə qədər pullar silinir, xəbərimiz yoxdur. Özümüzü isə ölümün pəncəsinə atıblar”, - Kamil Qasımov deyir.

Bina sakini Qalib Süleymanov deyir, dam örtüyü tamamilə dağılıb:

“Yağış yağanda beşinci mərtəbədəki evlər su ilə dolur, döşəmələrdən aşağı mərtəbədəki evlərə süzülür. Evlərimizi təmir etməkdən yorulmuşuq. Nəmişlik canımıza hopub, divarlarımız çat verir, burda hamı canını dişinə tutub yaşayır”.

"Bina 1961-ci ildə istifadəyə verilib"

"Bina 1961-ci ildə istifadəyə verilib"

Источник: Meydan TV

“Kommunikasiya xətləri çürükdür”

Sakin Məzahir Məmmədovun sözlərinə görə, aidiyyəti qurumlarda onların müraciətlərinə baxılmır:

“Satıb gedə də bilmirik. Kimə sataq? Hamı görür ki, bina dağılıb gedir. Burda demək olar ki, hər ailədə qoca, əlil, uşaq, xəstə var. Zirzəminin nəmişliyi beşinci mərtəbəyə qədər qalxır. Dam örtüyünün yararsız olması isə yuxarıdan üzü aşağı problemlər yaradır. Pilləkənlər dağılır, kanalizasiya, su, qaz, işıq xətləri köhnəlib, bina istifadəyə verilən vaxtdan bugünədək bircə dəfə də yenilənməyib”.

Sakinlər binanın ətrafındakı yollardan da şikayətçidir. Onlar tez-tez kanalizasiya quyularının daşması nəticəsində binanın ətrafının çirkab sularla dolduğunu deyirlər. Çirkab sular binanın ətrafındakı asfalt örtüyünü də dağıdaraq çuxurlar əmələ gətirib.

Kəpəz Rayon İcra Hakimiyyətindən bildirilib ki, binanın bu vəziyyətə düşməsinin səbəbkarı elə sakinlərdir. Sakinlər binanın damını ağır tonajlı su çənləri ilə yükləyib. Bir müddət əvvəl aidiyyəti qurumlar su çənlərini ləğv etmək istəyəndə isə sakinlər etiraz edib.

Sakinlərsə deyir, binaya su verilişi bərbad olduğundan su çənlərindən istifadə etmək məcburiyyətindədilər. (Bir müddət əvvəl sakinlər su problemi ilə bağlı da Meydan TV-yə müraciət etmişdilər – red.) Sakinlərin sözlərinə görə, əgər binaya normal su xətti çəkilsə və mütəmadi su verilsə, su çənlərinə də ehtiyac olmaz.

"Halbuki, söhbət 70 ailənin taleyindən gedir"

"Halbuki, söhbət 70 ailənin taleyindən gedir"

Источник: Meydan TV

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/vlckuh

Самое читаемое