Gəncə sakini: Raket zərbəsinə qədər uşaq aktiv idi, indi əməliyyata ehtiyac var

Xəstəxanadan bildiriblər ki, onlar yalnız müalicəni həyata keçirirlər, əməliyyat üçün köməklik edə bilməyəcəklər.

Source: Meydan.TV


“Əməliyyatın qiyməti 150 min manatdır, amma ailənin maddi imkanı yoxdur”

Gəncə şəhər sakini, 2011-ci il təvəllüdlü FatiməSahibə Quliyeva şəhərə atılan raket zərbəsindən sonra sarsıntı keçirib və səhhətində problemlər yaranıb. FatiməSahibənin anası Fərqanə Quliyeva Meydan TV-yə deyib ki, ağır vəziyyətdə Bakıya -Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gətirilən uşağa Aplastik anemiya diaqnozu qoyulub. Həkimlərin rəyinə görə, Quliyevaya təcili sümük iliyi köçürülməlidir. Əməliyyatın qiyməti isə 150 min manatdır, amma ailənin maddi imkanı yoxdur.

Fərqanə Quliyevanın sözlərinə görə, uşağa diaqnoz qoymaq çətin olub. Bir dəfə belindən ilikdən, ikinci dəfə omba sümüyündən analiz götürülüb: “Birinci diaqnozdan sonra müalicə başlanıldı, on gün sonra bəlli oldu ki, diqnoz da, müalicə də səhv gedir. Uşaq ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdi. İkinci müalicəyə başlanıldı”.

2fdfe0b2-326c-4c13-9618-74552142b7d2.jpg
Fərqanə Quliyevanın sözlərinə görə, uşağa diaqnoz qoymaq çətin olub.

Anası deyir ki, Gəncəyə atılan bombaya qədər uşaqda ciddi problem olmayıb, aktiv olub. Həkimlər FatiməSahibənin xəstəliyinin sonradan qazanılma olduğunu bildiriblər: “Başımızın üstündən raket gəlib yaxınlığa düşdü, uşaq da həyəcan, qorxu keçirdi. İndi təcili ilik köçürülməsinə ehtiyac var. Amma əməliyyat olduqca bahadır, xərci qarşılaya bilmirik. Özümüz 40 minə yaxın pulu tamamlamışıq. Xəstəxananın yaxınlığında kirayə qalırıq. Uşaq məktəbə gedə bilmir, immuniteti çox zəifdir”.

Xəstəxanadan bildiriblər ki, onlar yalnız müalicəni həyata keçirirlər, əməliyyat üçün köməklik edə bilməyəcəklər.

Səhiyyə Nazirliyindən Meydan TV-yə deyilib ki, qurum əməliyyatlarla bağlı maliyyə yardımı ayıracaq səlahiyyətdə deyil.

Ana səhifəBölgəGəncə sakini: Raket zərbəsinə qədər uşaq aktiv idi, indi əməliyyata ehtiyac var