Elvin Əliyev

Источник: meydan tv

Başlıq: Elvin Əliyev

Gəncə hadisələrinə görə həbs olunanlardan biri azadlığa çıxdı

7 nəfərin məhkəməsi başa çatdı

Gəncə hadisələrinə görə həbs olunan 7 nəfərlik daha bir qrupun məhkəməsi yekunlaşıb. Avqustun 23-də Bakı Apelyasiya Məhkəməsində Yavər İsmayılzadə, Zabil Məmmədov, Qənbər Qarazadə, Elvin Əliyev, İsa Məhərrəmzadə, Aydın Rüstəmov və Alim Yusifovun şikayətləri üzrə qərar elan olunub.

Gəncə Apelyasiya Məhkəməsinin hakimi

Teyyub Muxtarovun sədrliyi ilə çıxarılan qərara əsasən, Elvin Əliyev azadlığa buraxılıb. Məhkəmə ona 1 il həbs cəzası təyin edib və bu müddət artıq başa çatıb. Digər təqsirləndirilən şəxslərdən

Yavər İsmayılzadə və Zabil Məmmədovun cəzası 5 ilə, dörd nəfərin cəzası isə 2 ilə endirilib.

Cəzası iki ilə endirilənlərə Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaşların təşkili) maddəsilə bəraət verilib. Onlara yalnız 315-ci (polisə müqavimət) maddəsilə cəza təyin edilib.

Elvin Əliyev azadlığa buraxılandan sonra geniş açıqlama vermək istəməsə də, qısaca "günahsızam" deyib.

Onun vəkili Vəfa Abdullayeva həm də daha iki nəfərin hüquqlarını müdafiə edir. Vəkil təqsirləndirilən şəxslərdən birinin buraxılması, digərlərinin cəzasının azaldılmasının müsbət hal olmasını vurğulasa da, qərardan tam razı qalmayıb. Müdafiəçi Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildirib: "Mənim müdafiə etdiyim digər iki nəfərdən birinə 2 il, o birinə 5 il verildi. Digər vəkillərlə birlikdə yəqin ki, kassasiya şikayəti verəcəyik".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Yavər İsmayılzadə 9, Zabil Məmmədov 8,5, Qənbər Qarazadə 7,5, Elvin Əliyev 6, İsa Məhərrəmzadə 8, Aydın Rüstəmov 6, Alim Yusifov isə 7,5 il azadlıqdan məhrum edilmişdi.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/vvs4zw

Самое читаемое