Fransada bir şəxs maska taxılmasını tələb etdiyi üçün döyülüb

Yerli qurumlara şikayət edən zərərçəkmiş ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Source: Specify Source


Zərərçəkənin uşaqlarının şoka düşdüyü bildirilir

Paris ətrafında yerləşən çamaşırxanadan istifadə edən bir adam müştəridən üz maskası taxmasını xahiş etdiyi üçün uşaqları qarşısında beysbol sopası ilə digər iki nəfər tərəfindən döyülüb, – “Guardian” xəbər verir.

Son zamanlarda koronavirus yoluxmasının artması ilə Fransanın bütün ictimai yerlərində maska taxmaq məcburidir.

Yalnız 44 yaşlı zərərçəkmiş Fransız televiziyasına deyib ki, bazar günü çamaşırxanadaykən bir nəfər əraziyə maskasız daxil olub. Augustin deyib ki, onun təkidlərinə baxmayaraq maskasız şəxs “istədiyimi edəcəyəm” cavabını verib, – “Guardian” qeyd edib. Maskasız şəxs çamaşırxananı tərk etdikdən sonra yenidən üç dostuyla qayıdıb. İki dostunun əlində beysbol sopası olub.

“Le Parisien” qəzetinin çərşənbə axşamı yayımladığı hücum videosunda iki nəfərin çamaşırxananın içərisində maskalı bir şəxsə hücum etdiyi görünür.

Yerli qurumlara şikayət edən zərərçəkmiş ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Onun 5 və 7 yaşlı uşaqlarının şoka düşdüyü bildirilir.

Ötən ay Fransada avtobus sürücüsü üz maskası taxmaqdan imtina etdiyi üçün sərnişinlərin hücumuna məruz qalaraq ölüb. Qətl hadisəsində iki nəfər ittiham edilir.

Ana səhifəDünyaFransada bir şəxs maska taxılmasını tələb etdiyi üçün döyülüb