Flora Kərimovaya “Şərəf” ordeni təqdim edildi

Tədbirdə həmçinin Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bir qrup əməkdaşına da mükafatlar təqdim edilib.

Source: APA


Təqdimat mərasimi Milli İncəsənət Muzeyində baş tutub

Milli İncəsənət Muzeyində bir qrup mədəniyyət və incəsənət xadiminin mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Mədəniyyət Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Prezident İlham Əliyevin sərəncamı ilə “İstiqlal”, “Şərəf” ordenləri və digər fəxri adlarla təltif edilən mədəniyyət və incəsənət xadimlərinə mükafatların vəsiqə və medalları

verilib

.

Xalq artistləri Xuraman Qasımova “İstiqlal”, Flora Kərimova “Şərəf” ordeni ilə təltif olunublar.

Tədbirdə həmçinin Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bir qrup əməkdaşına da mükafatlar təqdim edilib.

Prezident İlham Əliyevin iyulun 31-də imzaladığı sərəncamla Xalq artisti Flora Kərimova Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif

edilib

.

Ana səhifəMədəniyyətFlora Kərimovaya “Şərəf” ordeni təqdim edildi