Fikrət Fərəməzoğlu 7 il azadlıqdan məhrum edildi

”Polislərin fəaliyyətini tənqid etdiyim üçün cəzalandırılıram”

Source:


”Polislərin fəaliyyətini tənqid etdiyim üçün cəzalandırılıram”

İyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist, “Jam.az” saytının rəhbəri Fikrət İbişbəylinin (Fərəməzoğlu) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Meydan TV-nin məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə F.Fərəməzoğlu son sözlə çıxış edib. O, ittihamların əsassız olduğunu, heç kimdən pul almadığını deyib:

“Mən polislərin fəaliyyətini tənqid etdiyim üçün cəzalandırılıram. Məhkəmədə isə ədalət görmədim, amma hüquqlarımı sonacan müdafiə edəcəyəm”.

Daha sonra F. Fərəməzoğlu barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, F. Fərəməzoğlu 2 il jurnalist fəaliyyətindən məhrum edilməklə, 7 il azadlıqdan məhrum edilib.

Ötən iclas çıxış edən prokuror F. Fərəməzoğlunun 3 il jurnalist fəaliyyətindən məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəylinin rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib. Məlumatda deyilir ki, aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F. İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərFikrət Fərəməzoğlu 7 il azadlıqdan məhrum edildi