Fəxrəddin Abbasova hökm oxunub

Hökmə əsasən, F.Abbasov Cinayət Məcəlləsinin 281.2 (Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar) və 283.1 (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələrilə təqsirli bilinib.

Source: Meydan Tv


Dövlət ittihamçısı ona 17 il iş istəmişdi

1993-cü ildə qondarma “Talış-Muğan Respublikası”nın təsisçilərindən biri olmuş Fəxrəddin Abbasov 16 il azadlıqdan məhrum edilib. Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə onun haqqında hökm çıxarılıb. Hökmə əsasən, F.Abbasov Cinayət Məcəlləsinin 281.2 (Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar) və 283.1 (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələrilə təqsirli bilinib.

Uzun illərdir Rusiyada yaşayan F.Abbasov ötən il fevralın 28-də Bakıya deportasiya olunub və gətirilərkən Bakıda hava limanında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları onu həbs edib. Bundan iki gün əvvəl onun Rusiyada yaşama müddətinin bitməsini əsas gətirib, tutublar. Rusiyadakı vəkili mediaya açıqlamasında bildirmişdi ki, fevralın 26-da təcridxanaya salınan F.Abbasov 27-də oradan yoxa çıxıb, 28-də isə artıq Bakıda olması barədə məlumat alıblar.

DTX-nın yaydığı rəsmi məlumatda iddia olunurdu ki, F.Abbasov özü dindirmə zamanı Ermənistana səfərləri, Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə görüş və əlaqələrindən danışıb. İttihama görə, o, Ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq, Azərbaycan və onun ərazi bütövlüyü əleyhinə çağırışlar edib.

F.Abbasov isə özünü təqsirli bilmir.

Prokuror ona 17 il həbs cəzası istəmişdi.

Ana səhifəSiyasətFəxrəddin Abbasova hökm oxunub