Источник: Meydan TV

Evini mərmi dağıtmış Ağdam sakini prezidentdən kömək istəyir

Evini mərmi dağıtmış Ağdam sakini prezidentdən kömək istəyir

İkinci Qarabağ müharibəsi zamanı həyətinə iriçaplı mərmi düşən Ağdam sakini Pərviz Əliyev öz evinə geri dönə bilməyənlərdəndir. Hadisə nəticəsində evi yararsız hala düşüb, divarlar çatlayıb, əşyalar məhv olub.

Pərviz Əliyev Bənövşələr qəsəbəsində yaşayır. Deyir ki, müharibə bitəndən sonra evlərinə komissiya gəlib və şəkillər çəkib çıxıb gediblər. Həmin vaxt özü evdə olmayıb. Komissiya üzvləri yaşlı atasına hansısa kağıza imzalatdırıb. Ona kağızı evlərinin şəklini çəkdiyi üçün imzaladığını deyiblər.

Daha sonra Pərviz Əliyevə deyiblər ki, sizin adınıza bank kartı gəlib: “Kartın içində 1000 manat pul var idi. Mən də gedib Ağdam Rayon İcra Hakimiyyətindən bu pulun niyə verildiyini soruşmaq istədim. Ancaq icra hakimiyyətində məni qəbul etmirlər”.

Yerli strukturlara etdiyi şikayətlərin boşa çıxdığını görən zərərçəkən Prezidentə müraciət etmək qərarına gəlib:

“Cənab prezidentdən artıq dərəcədə xahiş edirəm ki, yenidən nümayəndə göndərilsin, yenidən baxılsın və mənim dağılmış evimi bərpa etsinlər”.

Prezident İlham Əliyev müharibə vaxtı mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat (3532 dollar), şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat (883 dollar) ödənməlidir. Digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat (589 dollar) məbləğində maddi yardım ödəniləcək. Ancaq görünən odur ki, bu yardımlar ünvanına çatmayıb.

Bundan əlavə, Azərbaycan 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunan ərazilərin bərpasına 2.2 milyard manat (1,3 milyar ddollar) ayırıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/0zjs2i

Самое читаемое