Etiraz edən sakinlər: “Bizi adam yerinə qoyan yoxdur”

Hər tərəfi yeni tikililərlə əhatələnmiş, köhnə, göstərişsiz evdə yaşayan insanlar şikayətçidir.

Source: Meydan TV
Etiraz edən sakinlər: “Bizi adam yerinə qoyan yoxdur”

Hər tərəfi yeni tikililərlə əhatələnmiş, köhnə, göstərişsiz evdə yaşayan insanlar şikayətçidir. Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin sakinləri deyir ki, yeni tikililərə görə evləri yaşanılası halda deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinə görə ərazidə qazıntı işləri səbəbilə texnogen mənşəli qeyri-bərabər çökmə baş vermişdir.

Sakinlər deyir ki, ərazidə tikinti aparan ASRA MTK-nın sahibi Oktay Əsədovun qardaşı Nazim Əsədovdur. 2008-ci ildə onlara köçürüləcəkləri bildirilsə də, hələ bir cavab verilmir.

Səksəkə içində yaşayan Nəcəfqulu Rəfiyev küçəsinin sakinləri evlərinin bərpa olunmasını ya da buradan köçürülməsini istəyir.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəReportajEtiraz edən sakinlər: “Bizi adam yerinə qoyan yoxdur”