Qor Gevorkyan

Источник: https://rus.azatutyun.am/

Başlıq: Qor Gevorkyan

Ermənistanda 1600-dən çox hərbçi cinayət məsuliyyətinə cəlb edilib

Onlar müharibə zamanı fəaliyyətsizlikdə ittiham olunurlar

44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanda hərbçilərə qarşı 1600-dən çox cinayət işi açılıb.

Məlumatı Ermənistan Baş Prokurorluğu yayıb.

Azadlıq Radiosunun Erməni xidməti – “Azatutyun” belə işlərdən biri barədə məlumat yayımlayıb.

Həmin məlumatda təqsirləndirilənlərdən Gevork Gevorkyanın vəkili Qor Gevorkyan müvəkkilinə qarşı irəli sürülən ittihamları rədd edir.

Vəkil bildirir ki, hərbi hissələrdən birinin artilleriya divizionunun qərargah rəisi olmuş Gevorkyan müharibə zamanı fəaliyyətsizlikdə ittiham edilir:

“Birmənalı şəkildə müttəhim olan yox, məsuliyyət daşıyan şəxs artilleriya komandanı Cəlal Arutyunyandır. O, hazırda Müdafiə Nazirliyində artilleriya baş idarəsinin rəisidir”.

Lakin Ermənistan İstintaq Komitəsinin gəldiyi nəticəyə görə, Gevorkyanın fəaliyyətsizliyi ötən ilin oktyabrında cəbhənin Füzuli istiqamətində 14 əsgərin itkin düşməsi, daha 7 əsgərin həlak olması ilə nəticələnib.

“Deyirlər ki, sən orda qalsan və vəzifələrini icra etsəydin, onlar həlak olmazdılar. Mənsə deyirəm ki, onun forsmajor vəziyyətində icra etməli olduğu vəzifələri nə idi? O, konkret əmr almamışdı, nə etməliydi? Hər bir batareyanın öz zabit heyəti var. Hər bir əmr alındıqdan sonra onlar bu əmrin batareya tərəfindən icrasına görə məsuliyyət daşıyırlar. Əgər lap əmr geri çəkilmək barədə olsaydı da, Gevorkyan gedib hər əsgərin qolundan tutub, onu inandırıb, ordan çıxarmamalıydı. Əmr hamı üçün əmrdir. Hamı əmrin necə yerinə yetirilməsini bilirdi. Batareya komandiri və yüksək çinli zabitlər isə bu əmrin yerinə yetirilməsini təmin etməliydilər”, - vəkil bildirir.

Qor Gevorkyan bildirir ki, onun məlumatına görə bu iş üzrə yalnız divizion qərargahının rəisi ittiham olunur:

“Necə olur ki, əmri yerinə yetirmiş Gevorkyan müttəhim statusundadır, amma ondan yüksək vəzifədə olanlar, o cümlədən 27 oktyabra qədər bu vəzifəni tutan ordu komandanı Cəlal Arutyunyan heç bir məsuliyyət daşımır?”

Vəkilin qənaətinə görə, onun müdafiə etdiyi şəxsi sadəcə “qurbanlıq keçi” ediblər ki, həlak olanların və itkin düşənlərin qohumları baş verənlərə görə onu günahlandırsınlar:

“Deyirlər ki, belə nəticələrin olmaması üçün o qalıb əmrləri yerinə yetirməli idi. O hansı əmrləri yerinə yetrirməliydi ki, yetirməyib? Heç kim bu suala cavab verə bilmir”.

“Azatutyun” yazır ki, bu işlə bağlı İstintaq Komitəsinə müraciət edib. Oradan məlumatın daha sonra olacağını bildiriblər.

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var.

Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Tərcümə: Azadlıq Radiosu

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/6p4xnc

Самое читаемое