Ermənistan parlamenti Paşinyanı təkrar Baş nazir seçməyib

Parlament buraxılır

Source: Иллюстрация Мейдан ТВ



Parlament buraxılır

Parlament buraxılır, növbədənkənar seçkilərsə Konstitusiya ilə müəyyən olunmuş müddətdə, yəni parlament buraxılandan 40 gün sonra keçiriləcək.

Ermənistan parlamenti Nikol Paşinyanı təkrar olaraq Baş nazir seçməyib. İndi Milli Məclis buraxılacaq.

Qərarın əleyhinə bir, lehinə isə bir deputat səs verib, 76 deputat bitərəf qalıb. 25 deputatsa səsvermədə iştirak etməyib.

Parlamentin spikeri Ararat Mirzoyan qeyd edib ki, parlamentin yeni tərkibi seçilənədək köhnə heyət adi rejimdə fəaliyyət göstərməyə davam edəcək, odur ki, deputatlar yaxın müddətdə keçiriləcək iclaslarda yenidən görüşəcəklər.

Paşinyanı növbədənkənar parlament seçkilərinin (hakimiyyət və müxalifət bu seçkilərin keçirilməsi haqda razılığa gəlib) keçirilməsi üçün nəzərdə tutulmuş formal Konstitusiya qaydaları ilə yenidən seçməyiblər. Bunun üçün parlament buraxılmalıdır, onun baş verməsi üçünsə deputatlar Baş naziri ikinci dəfə seçməməlidirlər. Birinci səsvermə mayın 3-də baş tutub.

Növbədənkənar seçkilər bundan qırx gün sonra, iyunun 20-də, Konstitusiyanın nəzərdə tutduğu müddətdə (parlament buraxılandan 35-40 gün sonra) keçiriləcək. Yeni seçilmiş parlament Baş naziri seçməlidir.

Ana səhifəXəbərlərErmənistan parlamenti Paşinyanı təkrar Baş nazir seçməyib