Rəcəb Tayyib Ərdoğan

Источник: https://www.trt.net.tr/

Başlıq: Rəcəb Tayyib Ərdoğan

Ərdoğan: Azərbaycan BMT-nin qərarlarını həyata keçirməklə işğala son qoyub

"Regionda daimi sülhün bərpasına fürsət pəncərələri açılıb"

“Qafqazda sülh və sabitlik baxımdan yaxın müddətdə önəmli addımlar atılıb. Azərbaycan qanuni müdafiə haqqından istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında deyib.

“Bu hadisə regionda daimi sülhün bərpasına fürsət pəncərələrinin açılmasına da imkan yaradıb. Türkiyə tərəflərin atacağı hər müsbət addımı dəstəkləmək qərarındadır”, - Ərdoğan əlavə edib.

Ərdoğan qeyd edib ki, Türkiyə Krım məsələsində Ukraynanın suvrenliyini dəstəkləyir: "Biz, ilhaqını tanımadığımız Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına əhəmiyyət veririk".Müsəlman uyğur türklərinin əsas hüquqlarının Çinin ərazi bütövlüyü çərçivəsində qorunmasına toxunan Ərdoğan bildirib ki, Pekin bu məsələdə daha çox səy göstərilməlidir.Türkiyə Prezidenti 74 illik Kəşmir probleminin tərəflər arasında dialoq yolu ilə və BMT-nin müvafiq qətnamələri çərçivəsində həll edilməsinə tərəfdar olduğunu da söyləyib.

Prezident Suriya, Liviya və Əfqanıstanla bağlı fikirlərini də dilə gətirib.

Əfqanıstan məsələsinə toxunarkən isə deyib ki, ölkədə qısa zamanda sülh, sabitlik və təhlükəsizlik qurulacağına ümid etdiyini bildirib: “Türkiyə olaraq bu çətin günlərdə Əfqanıstan xalqına qarşı qardaşlıq borcumuzu yerinə yetirməyə davam edəcəyik. Suriyaya gəlincə, Beynəlxalq birlik bu böhranının daha 10 il davam etməsinə icazə verə bilməz. Bölgəmizdə qeyri-sabitliyi dərinləşdirən, sülh və təhlükəsizliyi təhdid edən ən əhəmiyyətli problemlərdən biri İsrail-Fələstin münaqişəsidir. Fələstin xalqına zülm davam etdikcə Orta Şərqin davamlı sülh və sabitliyə nail olması qeyri-mümkündür. Bu səbəbdən işğal, ilhaq və qanunsuz məskunlaşma siyasətlərinə dərhal son qoyulmalıdır. Birləşmiş Millətlər Təşkilatının 1947-ci il qətnaməsinə əsaslanaraq Qüdsün beynəlxalq statusunun pozulmasına, "Məscidül-həram" məhrəmiyyətinə və Fələstin xalqının hüquqlarına qarşı pozuntuların əleyhinə səsimizi ucaltmağa davam edəcəyik. Sülh prosesi və iki dövlətli həll baxışına yubanmadan fəallıq qazandırılmalıdır”.

Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/20vc7t

Самое читаемое