Əliyevlər Bakının ən yaxşı mehmanxanalarına sahibdirlər (ARAŞDIRMA)

Azərbaycan Prezidenti İlham Əliyev Xəzər sahili paytaxtında, Bakıda bu gün başa çatacaq Avropa Oyunlarına dünyanın diqqətini çəkmək üçün milyardlarla vəsait sərf edib. Bunun üçün əlindən gələni etdi, köhnə binaların fasadlarına plastik üzlüklər çəkdi, yeni yollar inşa etdi və meqastar Ledi Qaqanı açılış mərasimində qonaqları əyləndirmək üçün gətirdi. Ən yaxşı mehmanxanalar ağzına kimi doludur.

Keçirildiyi iki həftə müddətində bu ilk müsabiqədə 50 ölkədən 6000 idmançı və 3000 nümayəndə və yardımçı heyətlər iştirak etdi. Oyun xərclərini vergi-ödəyicilərinin qarşılamaqlarına baxmayaraq, iki şəxs- prezidentin qızları tədbir zamanı daha da zənginləşdi.  

Ona görə ki, onlar Bakıda lüks otel biznesində böyük paya nəzarət edirlər. Onların mehmanxanalarına şəhərin strateji nöqtələrində yerləşən tanınmış Qərb markaları- Four Seasons, Sheraton və Marriott da daxildir.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin müxbirləri (OCCRP) Leyla və Arzu Əliyevaların ya bilavasitə ya da yaxından əlaqəsi olmaqla Bakıda altı otələ sahib olduqlarını aşkara çıxarıblar. Daha bir mehmanxana isə tikilməkdədir. Onlar həmçinin iki eksklüziv dağ istirahət mərkəzinə sahibdir və çox güman ki, 10-cu otellə də əlaqəlidirlər.

Ərəb şahzadələri saraylarını xatırladan bu mehmanxanaları azərbaycanlıların böyük əksəriyyəti yalnız televizordan görüblər. Onlar o qədər bahalıdır ki, orta statistik azərbaycanlı bir-iki gecə orada qalmağı üçün aylıq maaşını sərf etməlidir.

 

Oyunlar başlar-başlamaz OCCRP mehmanxanalarda otaqların olub-olmamasını yoxladı. Xəzərə gözəl mənzərəsi olan və Bakıya pəncərə kimi açılan "Fairmont" Otelinin qeydiyyat şöbəsindən bildirdi ki, “Avropa Oyunları ilə əlaqədar otelin bütün otaqları artıq doludur.” Prezidentin qızları ilə əlaqəli bütün mehmanxanalara zəng edib, oyunların sonunadək otaqların tutulması faktını təsdiq ediblər. "Fairmont"-dan əlavə, birinci ailəyə məxsus və ya onlarla əlaqəli digər otellərə şəhərin mərkəzində yerləşən modern "Stilli JW Marriott Hotel Absheron Baku, "Beaux-Arts" stilində inşa edilən "Four Seasons Hotel" və Bakı Beynəlxalq Hava Limanında yerləşən "Sheraton Hotel" də daxildir. Dəniz kənarı Bulvara gözəl mənzərəsi açılan və zərifliyi ilə seçilən "İnturist butik", Xəzər sahilində ən geniş konfrans oteli olan "BOULEVARD Otel Bakı" və Azərbaycanın ən məşhur dağı olan Şahdağa əsrarəngiz mənzərəli iki dağ resortu "Pik Palace Şahdağ" və "Park Chalet Şahdağ" da prezidentin qızları ilə əlaqədardır. Hal-hazırda tikintisi davam edən "Dinamo" Oteli şəhərin mərkəzində yerləşir və “irs butiki” kimi təsvir edilir. Onun açılışı 2016-ci ildə gözlənilir.

Bakının ən eksklüziv kurortu kimi tanınan "Jumeirah Bilgah Beach" Oteli siyahıda 10-cu olmaqla prezidentin qızlarına əlaqəli şirkətlər vasitəsilə aiddir.

İstismarda olan bu 9 böyük mehmanxana Azərbaycanın ən gözəl məkanlarında yerləşən ən məhşur otellərdir. 2014-cü ildə Dövlət Statistika Komitəsi tərəfindən verilən məlumata əsasən, Azərbaycanda 30 beşulduzlu otel var. Bakıdakı digər böyük otellər Əliyevlərə və ya hökumət rəsmilərinin biznes tərəfdaşlarına məxsusdur.

Altı beşulduzlu kurort oteli Əliyev höküməti zamanı Vergilər Nazirliyinin keçmiş rəsmisi, birinci ailəyə məxsus holdenqin Müşahidə Şurasının sədri, Əşrəf Kamilova məxsusdur, O, həmçinin ⅓-i ailəyə məxsus "ATA Bank"da iş tərəfdaşıdır. Digər altı mehmanxana isə keçmiş fövqəladə hallar nazirinə məxsusdur.

Bütün brend otelləri 4 ildən az müddətə fəaliyyət göstərir. Four Seasons Oteli 2012-ci ildə, FIFA U-17 Qadınlararası Dünya Çempionatı, Marriott Oteli 2012 Avroviziya Mahnı Müsabiqəsi ərəfəsində açılmışdır. "İnturist" və "BOULVARD" otelləri isə Avropa Oyunlarına az qalmış istifadəyə verildi. Prezident İlham Əliyev demək olar ki, bütün sözü gedən otellərin gala açılış mərasimlərində iştirak edib. O, "Yeni otelin açılması həmişə məni xoşbəxt edir, ona görə ki, bunlar şəhərimizə və ölkəmizə investisiyalardır. Bu, həm şəhərimizin inkişafı, həm də Bakının  gözəlləşdirilməsi deməkdir "- deyə 2013-cü ildə Fairmont-un açılışında qeyd edib.

Ailəyə məxsus otellərdə standart otaqların qiymətləri AZN 300 (US $286)-dan başlayır. Orta statistik azərbaycanlının aylıq əmək haqqısının AZN 452  (US $ 430) olduğunu nəzərə alsaq, qiymətlər bir az yüksəkdir. Bəzi otaqların bir gecəlik qiyməti AZN 1,500 (US $ 1,430) qədər bahalıdır. Birinci ailənin nəzarəti altında 2400 otaq var. Avropa Oyunları zamanı onların tam dolu olduğunu nəzərə alsaq, otel biznesinin 10 milyon ABŞ dollarından artıq gəlir gətirəcəyi gözlənilir.

10 milyard ABŞ dolları dəyərində otel aktivləri

Adının açıqlanmasını istəməyən Azərbaycanda daşınmaz əmlak üzrə ekspert birinci ailəyə məxsus və ya onlarla əlaqəsi olan lüks otellərin ümumi dəyərinin $ 10 milyard ABŞ dolları civarında qiymətləndirildiyini qeyd edib.

Əliyevlər ailəsi bu mənfəətli bizneslə dolaşıq və gizli saazişlər vasitəsilə məşğul olurlar.

"Four Seasons" və "Marriott" otelləri 2006-cı ildə əsası bank, sığorta, tikinti, əmlak inkişaf və turizm sahələrinə  yatırımlarla qoyulan "Paşa Holdinq"ə məxsusdur. Beş digər otel- "Intourist", "Boulevard", dağ kurortları "Pik Palace Şahdağ" və "Park Chalet Şahdağ" və hal-hazırda tikilməkdə olan Dinamo mehmanxanaları Paşa Holdinq-in törəmə şirkəti olan Abşeron Qrupuna məxsusdur.

Əliyevlər administrasiyası tərəfindən ötən ilin dekabrında həbs edilən jurnalist, Xədicə İsmayılova 2013-cü il araşdırması vasitəsilə Paşa Holdinqin prezidentin qizlarına aid olduğunu aşkara çıxardı.

Sheraton oteli Silkway Holding-ə məxsusdur. Azadlıq Radiosu (RFERL) tərəfindən 2010-cu ildə aparılan istintaq nəticəsində məlum olub ki, Silkway şirkəti prezidentin kiçik qızı Arzu Əliyeva və Azərbaycanın AZAL Dövlət Hava Yolları şirkətinin prezidentinin həyat yoldaşı, Zərifə Həmzəyevaya məxsusdur. Fairmont AzİnKo Development, Jumeirah oteli isə Azİnko Holdinqə aiddir. Hər ikisi daşınmaz əmlak tikinti şirkətidir.

2012-ci ildə qəbul olunan qanunvericilik şirkətlərin təsisçilərinin kimliyi haqqında məlumatın kommersiya sirri etməsinə görə AzİnKo-nun əsl sahibkarlarını müəyyən etmək mümkün deyil. Bu qanunvericilik İsmayılovanın Azərbaycan şirkətlərinin sahibləri haqqında hesabatını üzə çıxardıqdan sonra qəbul edildi.

Lakin, məlumdur ki, ailə AzİnKo Development-lə onun işçisi, Həsən Gözəl vasitəsilə bağlıdır. Həsən Gözəl AzİnKo-nun baş direktorudur. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun əldə etdiyi sızılan sənədlərə görə, Həsən Gözəl həm də Britaniyanın Vircin Adalarında qeydiyyatdan keçən və Arzu Əliyevaya məxsus Arbor Investments Limited və Leyla Əliyevanın Harvard Management Limited şirkətlərinin direktorudur. Əliyevlər ailəsinə məxsus şirkətlərdə çalışan digərləri də, oxşar şəkildə vəkalətnamələr əsasında fəaliyyət göstəriblər.

Eyni adlı Azinko Holding də Bakıda yerləşən tikinti şirkətidir. Orada da şirkətin sahibləri ilə bağlı heç bir məlumat açıqlanmır, lakin onlar da Azinko Development kimi eyni sxem üzrə çalışırlar. Bu da AzİnKo ilə eyni zamanda qeydə alınıb. Lakin qanunun tələb etdiyi kimi şirkətlər Vergilər Nazirliyinin reyestrində göstərilmir.

Mübahisəli Sazişlər

Ailə mülkiyyətində olan otellərin ən azı beşinin tikintisi mübahisəli məqamlarla doludur.

Four Seasons Oteli millətin irsinə potensial zərərinə görə narahat olan memarların etirazına baxmayaraq, Bakının tarixi hissəsində tikilmişdir. Otel haqqları sonadək ödənməyən ev sahiblərinə məxsus torpaq üzərində inşa edilmişdir. Otel FIFA U-17 Qadınlararası Dünya Çempionatına bir neçə gün qalmış, 2012-ci ilin Sentyabr ayında açıldı. İlk müştəriləri beynəlxalq musiqi ulduzları Şakira və Rihanna idi.

Azadlıq Meydanında yerləşən Marriott Oteli, 1980-ci illərdə Sovet Hökümətindən azadlıq tələbi ilə milyonlarla azərbaycanlının yığışdığı və Həmkarlar İttifaqına aid ərazidə inşa edilib. 2006-cl ildə həmin ərazi müəmmalı şəkildə Əliyevlərə aid Paşa Holdinqə satıldı. Otelin kimin tərəfindən və neçəyə satın alındığı ictimaiyyətə açıqlanmadı. O zamanlar satışla bağlı araşdırmaya cəhd edən Turan İnformasiya Agentliyinin müxbiri, Hafiz Babalı qeyd edib ki, Həmkarlar İttifaqı maliyyə sıxıntısı keçirdiyinə görə oteli aşağı qiymətə satdıqlarını deyiblər.

“O zamanlar heç kəs otelin kimə və nəyə görə belə aşağı qiymətlə satıldığını bilmirdi. Lakin indi neçə illər keçdikdən sonra biz artıq otelin kimə satıldığını bilirik” deyə Babalı qeyd etdi.

Marriott oteli Avrovizyon mahnı müsabiqəsindən bir az öncə açıldı.

Hökümətə məxsus olduğu zamanlar Moskva Mehmanxanası adı ilə tanınan Fairmont Oteli də həmin sxemə uyğun əldə edilmişdir. Turan Agentliyinin məlumatına əsasən, otel 2006-cı ildə dəyərindən qat-qat aşağı qiymətə, 1 milyon ABŞ dollarına ailəyə bağlı Azİnko şirkətinə satıldı. Otel sökülərək, yerində Bakının yeni simvolu adlandırılan Alov Qüllələri kompleksi inşa edildi.

Nəhayət, Pik Palace Şahdağ və Park Chalet Şahdağ kompleksləri kənd təsərrüfatı ilə məşğul olan Aladaş və Quzan kənd sakinlərinə məxsus ərazilərdə tikilib. Onlara cüzi miqdarda kompensasiya, torpaq sahəsinə AZN 24 (23 ABŞ dolları) verilib. Onlardan səksən nəfərinin məhkəmədə şikayət etməsinə baxmayaraq, bütün iddialar rədd edilib.

Sakinlərin vəkili Anar Qasımlı Azadlıq Radiosuna bildirib ki, məhkəmənin diqqətinə oxşar daşınmaz əmlakın 1000-2000 manat civarında qiymətə satılmasını təsdiq edən satış müqavilələrini çatdırıb.

ABŞ-da yaşayan azərbaycanlılar tərəfindən təsis edilən Amerikalı Azərbaycanlılar Demokratiya Uğrunda (AZAD) qeyri-hökumət təşkilatının vitse-prezidenti, Qorxmaz Əsgərov bildirib ki, Əliyev Azərbaycandan şəxsi mülkiyyəti kimi istifadə edir.

"O hətta prezidentliyi də atasından miras kimi əldə edib. Biz bir qədər dərinə getsək görərik ki, Azərbaycan qısa müddətdə də olsa demokratiyanın dadını görüb, lakin bu demokratiya uğursuzluqla sona çatıb. Buna görə də, Azərbaycanda cəmiyyət bir növ onun əmlakının qarət olunmasına alışqandır",  deyə Əsgərov bildirib.

"Bir müddət öncə, sovet dövründə hər kəs əslində nərə balığı və kürünün Azərbaycan xalqına məxsus olmadığını bilirdi. İndi də eyni vəziyyətdir. O zamanlar, Sovet / Rusiya imperiyası yerli rəhbərləri vasitəsi ilə bu resursları qarət edirdi. İndi isə İlham Əliyev eyni şeyi edir."

 

Yeni Tədbirlər

Son zamanlar baş tutan Oyunlar ailəyə aid otelləri dolduracaq yeganə tədbir deyil. Gələcəkdə təşkil olunacaq tədbirlərə aşağıdakılar daxildir:

  • Bakı Avropa Grand Prix 2016 Bakı küçələrində Formula 1 yarışlarını təşkil edəcək.

  • 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunları 50-dən çox ölkədən idmançıları Bakıya gətirəcək.

UEFA Avropa Çempionatı 2020 çərçivəsində Olimpiada Stadionunda üç qrup mərhələsi futbol matçları və dörddəbir final matçı oynanılacaq. "Adi Azərbaycan xalqının Avropa Oyunları, Dünya Kuboku kimi hər hansı bir beynəlxalq oyunlara ehtiyacı yoxdur ... insanların bu nəyinə  lazımdır axı? İnsanlar iş yerləri, təhsil, hüquqi vətəndaş cəmiyyəti istəyir" - deyə Azərbaycan üzrə siyasi ekspert, Zərdüşt Əlizadə fikir bildirib. "İnsanlar öcaz gündəlik xərclərini belə qarşılaya bilmir".

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/5alo0z

Самое читаемое