Əli Kərimli: Müxalifət olmasın demək, “ailə hakimiyyəti əbədi olsun” deməkdir

“”Bu baxımdan indi hər hansı siyasi dəyişişikliyin olduğunu iddia etmək doğru deyil”.

Source: Specify Source


Arif Hacılı: "Xalq artisti bu fikirləri Qarabağ münaqişəsi kontekstində deyə bilər"

"Dünyada elə bir demokratik, azad ölkə yoxdur ki, orada müxalifət olmasın. Türkiyədə, ümumiyyətlə, Qarabağ problemi kimi problem yoxdur, orada müxalifət yoxdurmu? Yaxud Qərb ölkələrində ərazi bütövlüyü ilə bağlı hər hansı poblem yoxdur, orada müxalifət fəaliyyət göstərmirmi?"

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Xalq artisti

Flora Kərimova

nın "Daha müxalifətçiliyə yer qalmayıb, çünki iqtidar millətimlə, şəhidlərin qanı ilə hamımızı xalq, millət kimi ucaltdı" fikirlərini Meydan TV-yə şərh edərkən deyib.

Arif Hacılı ehtimal edir ki, Xalq artisti bu fikirləri Qarabağ münaqişəsi kontekstində deyə bilər: "Ola bilsin ki, görkəmli müğənni Flora Kərimova bu sözləri Qarabağ məsələsi ilə əlaqədar deyib. Əgər onun dedikləri hətta bu məsələylə bağlıdırsa, münaqişə həll olunmayıb, davam edir. Azərbaycanın təxminən 3 min kvadrat metr ərazisi bu gün də işğal altındadır. İyulun 28-də Kəlbəcərdə atəşkəs pozulub və Azərbaycan əsgərləri yaralanıb. Belə şəraitdə Qarabağ probleminin həll olunduğunu iddia etmək düzgün deyil".

Arif Hacılı deyir ki, Azərbaycan müxalifəti ərazi bütövlüyü və digər ümummilli məsələlərdə, hətta torpaqların 20 faizi işğal altında olduğu dövrdə də müxalif mövqeyindən çıxış etməyib: "Bu baxımdan indi hər hansı siyasi dəyişişikliyin olduğunu iddia etmək doğru deyil".

AXCP sədri Əli Kərimli də Qarabağın işğaldan tam azad olunmadığı qənaətindədir:

"Keçmiş Qarabağ ərazisinin 70 faizdən çoxu hələ də düşmən tapdağı altındadır. Biz Laçın üzərində də suverenliyimizi itirmişik. 1988-ci ildə münaqişə başlayanda ermənilər bizdən nə qədər torpaq iddia edirdilərsə, təxminən ona yaxın ərazi faktiki Ermənistanın nəzarətindədir. O cümlədən, Azərbaycan üçün önəm daşıyan Xocalı, Şuşanın bütün kəndləri, bütövlükdə, Ağdərə, Əsgəran, Xankəndi işğal altındadır. Ona görə də münaqişənin bitdiyini demək tarixin saxtalaşdırılmasıdır. Bu günlərdə sanki Azərbaycan yenidən 44 günlük savaşdan əvvəlki vəziyyətə qayıdır. Yenə atəşkəs pozulur, yaralılarımız, şəhidlərimiz var, hələ də Xankəndində Bakıya tabe olmayan qondarma adlandırdığımız qurum vəziyyətə nəzarət edir, hətta vaxtaşırı hərbi yürüş keçirirlər, peşəkar ordu yaratmağa çalışırlar. Bu baxımdan münaqişənin bitdiyini söyləmək özünü aldatmaq cəhdindən başqa bir şey deyil".

"Qarabağ kimi münaqişəsi olmayan ölkələrdə müxalifət olmur? Bir ölkədə ki seçki institutu tamamilə sıradan çıxarılıb, parlament də, prezident hakimiyyəti də seçki adlı "tamaşa"larla zəbt edilibsə, müxalifət olmamalıdır? Azərbaycan xalqının özünə hökumət, parlament seçmək hüququ yoxdursa, müxalifət olmamalıdır? Bir ölkədə ki xalqın 100 milyard dollara yaxın sərvəti oğurlanıb, xaricdəki ofşor hesablara daşınırsa, insanlara siyasi mövqelərinə görə həbs, işgəncə verilirsə, sosial ədalətsizlik tüğyan edirsə, peşəkar və müstəqil məhkəmə yoxdursa, təhsil, səhiyyə dağıdılıbsa, iqtisadiyyatı yalnız neft-qaz satmaqdan ibarətdirsə, azadlıqlar, iqtisadi rəqabət yoxdursa, belə ölkədə necə müxalifət olmaya bilər? Belə ölkədə müxalifətin olmamasını təbliğ etmək, mövcud keçilməmiş uzurpat ailə hakimiyyəti əbədi olsun deməyə bərabərdir!"- Əli Kərimli belə deyib.

Ana səhifəSiyasətƏli Kərimli: Müxalifət olmasın demək, “ailə hakimiyyəti əbədi olsun” deməkdir