Əli Həsənovun xanımının tutdurduğu mühasiblər həbsdən buraxıldı

Təqsirləndirilən şəxslərdən T.Məmmədov özünü qismən təqsirli bilir, kassadakı pullardan 300 mindən bir qədər artıq vəsait götürüb iş qurmağa sərf etdiyini, bu məbləğin də xeyli hissəsinin qaytarıldığını deyir.

Source: Meydan TV


Liseyin nümayəndəsi təqsirləndirilənlərə yüngül cəza verilməsinə etiraz edib

Prezidentin kِöməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın təsisçisi olduğu “Kaspi” liseyinin Bakıxanov filialından 564 min manat mənimsəmədə ittiham olunan iki nəfərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə çıxarılan hökmə əsasən, liseyin keçmiş baş mühasibi Tural Məmmədov və mühasib Fərahim Möhbalıyev həbsdən buraxılıb. Onlara üç il sınaq müddəti təyin edilməklə, 5 il şərti cəza verilib.

Hökmdən əvvəl liseyin nümayəndəsi çıxışında T.Məmmədov və F.Möhbalıyevə yüngül cəza verilməsinə etiraz edib. O bildirib ki, prokurorun bu şərti cəza təklifilə razılaşmırlar.

Təqsirləndirilən şəxslərdən T.Məmmədov özünü qismən təqsirli bilir, kassadakı pullardan 300 mindən bir qədər artıq vəsait götürüb iş qurmağa sərf etdiyini, bu məbləğin də xeyli hissəsinin qaytarıldığını deyir. Onun sözlərinə görə, S.Vəliyeva məbləği şişirdərək, 565 min manat göstərib.

F.Möhbalıyev isə özünü təqsirli bilmir. T.Məmmədov da onun günahsız olduğunu deyir.

Ana səhifəSiyasətƏli Həsənovun xanımının tutdurduğu mühasiblər həbsdən buraxıldı