Əli Həsənov və Mehman Əliyev

Источник: Meydan TV

Оглавление: Əli Həsənov və Mehman Əliyev

Əli Həsənovun bəyanatı

Статья обновлена:  5 Июль 2019

İyulun 3-də axşam Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2018-ci il Gəncə hadisələrinin birinci ildönümü ilə bağlı bəyanatla çıxış edib. Hadisə zamanı şəhər sakini Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmişdi.

Ə.Həsənovun mahiyyətcə həmlə xarakteri daşıyan bəyanatının məğzi ondan ibarətdir ki, hadisə xarici dairələrin, radikal dini qrupların işidir. Eyni zamanda, Ə.Həsənov ölkənin dünyəvi müxalifəti, vətəndaş cəmiyyəti və KİV-ni sui-qəsdi dəstəkləməkdə və ona haqq qazandırmaqda, dövlətçiliyə və milli maraqlara zidd fəaliyyət göstərməkdə günahlandırır.

Əslində, onun bəyanatı rejim tərəfdarlarını hakimiyyəti və Ə.Həsənovun anlamında milli adlandırılan maraqları tənqid edən bütün özgəfikirlilərə qarşı mübarizəyə çağırışı ehtiva edir.

Lakin Ə.Həsənov öz bəyanatında sui-qəsd ərəfəsində Gəncə şəhərində yaranmış ictimai-mənəvi mühit barədə bir söz belə demir. Halbuki, Gəncədən uzun illər ərzində əhalinin İcra Hakimiyyəti başçısının hərəkətlərindən narazı olduğu, sürətlə artan korrupsiya, E.Vəliyevin vətəndaşlarla alçaldıcı davranışı, barədə məlumatlar, xeyli şikayət gəlib.

Ə.Həsənov illər boyu Gəncə sakinlərini təhqir etmiş və onlara qarşı özünü ədəbsiz aparmış adama qarşı sui-qəsd edildiyi məlum olduqda ölkənin bütün sosial şəbəkələrində şadlığın nədən aşıb-daşdığını izah edə bilmir.

Ə.Həsənov cəmiyyətin sui-qəsdçini nə üçün adi insanları qaniçən hökmdarlardan qoruyan Robin Hud sanmasını, niyə İnterneti bəzən nəzakət çərçivəsindən kənara çıxan sevincin bürüdüyünü izah etməyə qadir deyil.

Rejimin "qara kassa"sından maliyyələşən KİV-lərdən fərqli olaraq, idarə edilən adlandırılması mümkün olmayan sosial şəbəkələr hadisəyə dəqiq ictimai qiymət verdilər: Səfərov qəhrəman, mərd, Vəliyev isə namərddir.

Adı korrupsiya sxemlərində hallanan Ə.Həsənova görə, məhz indiki iqtidar Azərbaycanın demokratik inkişafının təminatçısı və mühafizəçisi, təhlükəsizlik və sabitliyin zamininin təcəssümüdür .

Ə.Həsənov tez-tez dövlət və milli maraqları yada salır. Korrupsiyaya mübarizəyə, vətəndaşların hüquq və azadlıalrının vəziyyətinə görə dünya reytinqlərində sonuncu yerləri tutan ölkənin, xalqdan oğurlanmış milyardların yuyulması, siyasətçilərin ələ alınması üzrə beynəlxalq qalmaqalların sarsıtdığı dövlətin prezidentinin köməkçisi hansı dövlət maraqlarından danışır?

Korrupsiya antidövlət, antimilli fenomendir, o, dövlətin və milli təhlükəsizliyin dayaqlarını sarsıdır. Son üç ildə baş verən hadisələr buna sübutdur. Cəmiyyət və dövlətin zehniyyəti geriyə və ya, Həsənovun ifadəsini dəyişsək, Orta əsrlər səviyyəsinə düşür.

Lakin qeyd etmək lazımdır ki, milli maraqları Konstitusiya müəyyən edir və bu Əsas qanuna görə, onlar ilk növbədə, baxışlarından, etnik, siyasi, dini və digər mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxs və vətəndaşın azadlığı və hüquqları kimi dəyərlərin müdafiəsinə əsaslanır...

Ə.Həsənovun bəyanatı göstərir ki, onun təmsil etdiyi dövlət özgəfikirliləri təqib və cəzalara layiq olan düşmən, cinayətkar, xəyanətkar hesab edir.

Dövlət vətəndaşların Konstitusiyada təsbit olunmuş ifadə, yerdəyişmə, toplaşma və digər azadlıqlarını, sosial, iqtisadi, siyasi hüquqlarını tapdalayırsa, mənəvi-əxlaqi dəyərlər tənəzzülə uğrayırsa, qanunun aliliyi gözlənmirsə, Ə.Həsənov hansı milli maraqlardan danışır?

Ə.Həsənovun bəyanatı dünya və yerli ictimaiyyətə ünvanlanmış belə bir mesaj sayılmalıdır: Azərbaycan zorakılıq, tərəqqiyə düşmənçilik, dözümsüzlük və amansızlıq, hüquqsuzluq və volyuntarizmin hökm sürdüyü dövlət olaraq qalmaqda davam edəcəkdir.

Ə.Həsənov hakimiyyətin ölkədə onun yalnış siyasətinin, dövləti və milli maraqların səhv başa düşməsinin doğurduğu böhranın daha da dərinləşməsinə yönəlmiş inadkar kursunu bir daha təsdiqlədi.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  5 Июль 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/1ubujr

Самое читаемое