Əli Əhmədov: Parlament islahatlardan kənarda qala bilməz

“Parlament bu islahatlardan kənarda qala bilməz. İlham Əliyevin islahatları cəmiyyətə ciddi şəkildə təsir göstərir və cəmiyyət bunu dəstəkləyir”.

Source: Foto: Azərtac




YAP deputatları parlamentə prezidentə müraciətlə bağlı məktub ünvanlayıblar"

Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov noyabrın 28-də hakim partiyanın

Siyasi Şura

sının növbədənkənar toplantısı ilə bağlı mətbuat konfransı keçirib.

Əli Əhmədov deyib ki, ölkənin inkişafına töhfə verəcək daha bir qərar qəbul edilib, bu, parlamentin islahatlarına aiddir:

“Parlament bu islahatlardan kənarda qala bilməz. İlham Əliyevin islahatları cəmiyyətə ciddi şəkildə təsir göstərir və cəmiyyət bunu dəstəkləyir”.

Əli Əhmədov hakim partiyanın islahatlar konsepsiyasını dəstəkləyənlər arasında birincilərdən olduğunu bildirib:

“Milli Məclisin yenilənməsi ölkədə ümumi islahatlara uyğundur. Bununla bağlı olaraq YAP Siyasi Şurasının tövsiyəsilə partiyanın deputatları Milli Məclisə müraciət edib. Məktubda parlamentin deputatlarına təklif olunur ki, Milli Məclisin buraxılması ilə bağlı prezidentə müraciət edilsin. İnanırıq ki, yaxın zamanlarda bu məsələ Milli Məclisdə müzakirə ediləcək”.

Ana səhifəSiyasətƏli Əhmədov: Parlament islahatlardan kənarda qala bilməz