Əli Babacan AKP-dən istefa edib

Keçmiş nazirin 11-ci Prezident Abdullah Gül ilə birlikdə payızda yeni partiya quracağı bildirilir

Source: Milli Gazete

Türkiyədə iqtidarda olan AKP-nin (Ədalət və İnkişaf Partiyası) qurucularından biri, Əli Babacan partiyadan istefa verdiyini açıqlayıb, – BBC Türkçə xəbər verir.

Babacan iyun ayının sonunda Prezident Ərdoğan ilə təşkil edilmiş görüşdə partiyadan ayrılma səbəbini yazılı və şifahi şəkildə açıqlayıb.

Əli Babacan istefa açıqlamasında "Mən ağıl və ürək ayrılığı yaşadım" ifadələrini işlədib.

Səbəb olaraq isə "Türkiyə üçün yeni bir gələcək vizyonuna" ehtiyac duyulmasını göstərib və "yeni bir işə başlamanın qaçınılmaz hala gəldiyini" deyib.

Yeni partiyanın xəbərini verən Əli Babacan bunları söyləyib:

"Mən və bir çox dostum belə bir iş üçün böyük və tarixi məsuliyyət hiss edirik. Bu prosesdə eyni mənəvi və sosial məsuliyyəti hiss edən çoxlu insanla tanış olmaq çox xoş idi. İnanıram ki, qarşılaşdığımız problemlərin həlli yalnız böyük və güclü nümayəndəlik vasitəsilə mümkün olacaqdır. Birlikdə çalışmalıyıq və ümumi düşüncəni hədəf almalıyıq. Bizim işimizin müstəqil və sərbəst şəkildə həyata keçirilməsi çox vacibdir. Hər mövzuda ağ səhifələrlə işə başlamaq lazımdır".

Əli Babacan 8 iyul tarixindən etibarən 18 illik AKP üzvlüyünə son verildiyini deyib.

“Reuters” xəbər agentliyinə danışan Əli Babacanın məsləhətçilərindən biri əvvəlki Baş nazir müavini və iqtisadiyyat nazirinin 11-ci Prezident Abdullah Gül ilə birlikdə payızda yeni partiya quracağını söyləyib.

Ana səhifəDünyaƏli Babacan AKP-dən istefa edib