''Əli ayağı'' ziyarətgahında

''Əli ayağı'' ziyarətgahının girişi

''Əli ayağı'' ziyarətgahının girişi

Bakının Buzovna kəndində hər kəsin "Əli ayağı" adı ilə tanıdığı ziyarətgah yerləşir. Bakıdan təxminən 40 km uzaqlıqdadır.

Çoxunun inanc yerinə çevrilən bu ziyarətgaha hər gün onlarla insan gəlir. Azərbaycanın ucqar regionlarından başqa, müxtəlif ölkələrdən də gəlib ziyarət edirlər.

Rəvayətlərə görə, hicri tarixi ilə 13-cü ildə Abşerona Ərəbistandan bir dəstə süvari gəlir, onlar hər yeri gəzib dolaşır, heç kimlə kəlmə kəsmirlər.

Onlardan kim olduqlarını soruşduqda, hər biri özünü “başçı” kimi təqdim edirmiş. Həmin dövrdə Badi-Kubədən iki qardaş Məkkə və Mədinə şəhərlərində ticarətlə məşğul imişlər. Qardaşlardan biri - Yassal Niyyal Məkkə və Mədinədə qalır, kiçik qardaş isə oraya mal aparıb gətirirmiş və görkəmli adamların demək olar ki, hamısını tanıyırmış. Bir gün həmin süvari dəstəsi Buzovnada qayaların üstünə çıxarkən, dəniz kənarında balıqçılarla alver edən kiçik qardaş onları görür və qəfildən qaçıb atlılardan birinin ayağına düşür: “Ya Həzrət Əli, siz burada neyləyirsiniz?!” Bu zaman həmin atlının bir ayağı yerdə, digəri isə üzəngidə imiş. Atlı ondan soruşur ki, məni haradan tanıdın? Kiçik qardaş da Məkkədə, Mədinədə alverlə məşğul olduğunu, onu oradan görüb, tanıdığını deyir. Həmin adam atına minib dəstəylə birlikdə oradan uzaqlaşır. O, getdikdən sonra qayanın üzərində ayaq ləpiri, at dırnaqlarının yeri qalır. Deyilənə görə, həmin adam Həzrəti Əli imiş. O vaxtdan bu yer “Əli ayağı” ziyarətgahı sayılır və o gündən bu günədək bura insan axını davam edir.

''Əli ayağı'' ziyarətgahının girişi

''Əli ayağı'' ziyarətgahının girişi

''Əli ayağı'' ziyarətgahının ümumi görünüşü

''Əli ayağı'' ziyarətgahının ümumi görünüşü

''Həzrəti Əlinin ayağı''nın izi xüsusi şüşə çərçivəyə salınaraq qorunur

''Həzrəti Əlinin ayağı''nın izi xüsusi şüşə çərçivəyə salınaraq qorunur

Ziyarətə gəlmiş iki qadın dua edərək, çətinlikdə olan işlərinin tezliklə düzəlməsini istəyir

Ziyarətə gəlmiş iki qadın dua edərək, çətinlikdə olan işlərinin tezliklə düzəlməsini istəyir

''Həzrəti Əlinin ayağı''nın izi xüsusi şüşə çərçivəyə salınaraq qorunur

''Həzrəti Əlinin ayağı''nın izi xüsusi şüşə çərçivəyə salınaraq qorunur

''Həzrəti Əlinin ayağı''nın izi

''Həzrəti Əlinin ayağı''nın izi

Balacadan böyüyə kimi hər kəs buranı ziyarət edir

Balacadan böyüyə kimi hər kəs buranı ziyarət edir

''Həzrəti Əli''nin atının ayaq izi

''Həzrəti Əli''nin atının ayaq izi

Ziyarətgaha gəlmiş iki qadın istəklərinin qəbul olunması üçün dua edir

Ziyarətgaha gəlmiş iki qadın istəklərinin qəbul olunması üçün dua edir

Qayanın üzərində Həzrəti Əlinin atının ayaq  izi

Qayanın üzərində Həzrəti Əlinin atının ayaq izi

''Əli ayağı'' ziyarətgahında

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/m7cjka

Самое читаемое