Efiopiyalı müğənninin ölümündən sonra iğtişaşlarda xeyli adam öldürülüb

Onun mahnıları Efiopiyanın ən böyük etnik qrupu olan Oromo xalqının hüquqlarından bəhs edib və 2018-ci ildə əvvəlki Baş nazirin devrilməsinə səbəb olan etirazlarda himn olaraq oxunmuşdu.

Source: https://www.satakunnankansa.fi/


Müğənni ölümündənsobra qəhrəman kimi anılıb

Efiopiyalı müğənni Hachalu Hundessanın öldürülməsindən sonra baş qaldırmış etnik iğtişaşlarda ən az 166 nəfərin öldürülüb,- BBC xəbər verir.

Polisin verdiyi məlumata görə, yalnız Oromia bölgəsində 145 mülki vətəndaş və 11 təhlükəsizlik işçisi öldürülüb. Paytaxt Əddis-Əbəbədə isə 10 nəfər ölüb.

34 yaşlı Hachalu bazar ertəsi öldürülüb. Müğənninin olümündən sonra onun qəhrəman olaraq anıldığı Oromiyada iğtişaşlar baş qaldırıb.

Müğənninin ölümünün səbəbi bəlli deyil. Hachalu ölüm təhdidləri aldığını demişdi, – BBC qeyd edib.

Onun mahnıları Efiopiyanın ən böyük etnik qrupu olan Oromo xalqının hüquqlarından bəhs edib və 2018-ci ildə əvvəlki Baş nazirin devrilməsinə səbəb olan etirazlarda himn olaraq oxunmuşdu.

Son rəqəmləri açıqlayan Oromia polis komissarı müavini Girma Gelam iğtişaşlar zamanı 167 nəfərin “ağır xəsarət aldığını” bildirib.

Gelam deyib ki, 1084 nəfər hadisə ilə bağlı həbs edilib. Gelam detalları açıqlamayıb.

“Al Jazzera” yazır ki, ötən həftədən bu yana 239 nəfər öldürülüb.

Polis rəsmisi BBC-yə verdiyi açıqlamada iğtişaşların artıq dayandığını deyib.

Baş nazir Abiy Əhməd özü də Oromo olaraq 2018-ci ilin aprelində hakimiyyətə gəlib və deyib ki, Hachalunun ölümünün arxasındakı məqsəd onun islahat proqramına kölgə salmaqdır.

“Bir xalq olaraq iki seçimimiz var. Dağıdıcıların qurduğu tələyə düşmək və ya tələlərindən yayınmaq və islahatlar gedişində qalmaq. Birincini seçmək ölümümüzə kömək etməkdir,” o deyib.

Ana səhifəDünyaEfiopiyalı müğənninin ölümündən sonra iğtişaşlarda xeyli adam öldürülüb