Heydər Əliyev Mərkəzi

Источник: https://iticket.az/az/

Başlıq: Heydər Əliyev Mərkəzi

Əcnəbi müğənnilərin konsertinı dair elan hələ saytdadır

Konsertlərin keçirilməsi nəzərdə tutulur

Pandemiya ilə əlaqədar olaraq Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri təxirə salınıb. Kpn

“iTiсket.az” biletlərin onlayn satış sistemində (KONSERT – bölməsindəki bütün tədbirlər. (iticket.az)) isə bir çox yerli və əcnəbi müğənnilərin Bakıda çıxışlarının afişaları hələ də qalır. Rusiyalı müğənnilər -Kristina Orbakayte, Valeri Meladze, türkiyəli müğənnilər Emre Aydın, Cem Adrian, “Mor ve Ötesi” qrupu, azərbaycanlı ifaçılar Röya Ayxan, İlqar Muradov, Brilliant Dadaşova və digərlərinin bu il üçün konsertlərinin olacağına dair elan saytdadır. “iTiсket.az”-dan Meydan TV-yə bildirilib ki, saytda yerləşdirilən konsertlərin keçirilməsi nəzərdə tutulur.

Konsertlərin Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Sarayında, “Elektra Events Hall”, Bakı Konqres Mərkəzində keçirilməsi göstərilib. “Elektra Events Hall”, Bakı Konqres Mərkəzindən zənglərimizə cavab verən olmayıb.

Heydər Əliyev Sarayının mətbuat xidmətindən Meydan TV-yə həmin məkanda keçirilməsi nəzərdə tutulan konsert proqramlarının pandemiyadan öncə planlaşdırıldığı deyilib:

“Hazırda pandemiya ilə əlaqədar olaraq, konsertlərin vaxtı ya dəyişdirilir, ya da ləğv olunur”.

Saraydan bildirilib ki, yaxın günlərdə “Bizi də tanıyın” adlı yeni layihəyə start veriləcək. Layihə Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə reallaşacaq. Pandemiyadan sonrakı dönəmdə layihəyə respublika regional musiqi məktəblərinin sagirdlərinin də cəlb olunması nəzərdə tutulur. Layihə çərçivəsində çəkilən musiqi nömrələri müxtəlif telekanallarda, həmçinin sosial şəbəkələrdə nümayiş olunacaq.

Bundan başqa, Sarayda Bilkent Simfonik Orkestri ilə birgə konsert proqramı da nəzərdə tutulub.

Heydər Əliyev Mərkəzinin mətbuat xidmətindən isə Meydan TV-yə bildirilib ki, pandemiyadan öncə və bu il üçün nəzərdə tutulan konsertlər planı müvəqqəti olaraq təxirə salınıb. Əcnəbi sənətçilərin paytaxtda nə zaman çıxış edəcəyi məlum deyil.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/e2794h

Самое читаемое