Əflatun Amaşov

Источник: Foto: Meydan tv

Оглавление: Əflatun Amaşov

"Düşmənlə danışıq adlı prosesi öz xeyrimizə çevirmə imkanlarından faydalanmalıyıq"

Əflatun Amaşov Ermənistan jurnalistlərinin Azərbaycana səfərinə münasibət bildirib

"Azərbaycanla Ermənistan arasında sülh axtarışı gedir, bu prosesə təkan verə biləcək istənilən təşəbbüsləri dəyərləndirmək lazımdır".

Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov erməni jurnalistlərin Azərbaycana səfəri ilə bağlı məsələyə Milli Məclisin iclasında münasibət bildirərkən deyib.

O qeyd edib ki, azərbaycanlılar düşmənlə danışıq adlı prosesi öz xeyrinə çevirmə imkanlarının hər birindən faydalanmalıdır: "Bəli, Ermənistan torpaqlarımızı işğal etdiyi üçün düşməndir. Amma bizim bu gün Dağlıq Qarabağ münaqişəsi zəminində ermənilərlə qurduğumuz münasibətin adı sülh danışığıdır. Dövlətimiz buna çalışır. Təbii, sülh ədalətli şərtlərlə olmalıdır. Yəni Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarılmalıdır. Bu məsələdə hər hansı güzəşt ola bilməz. Əgər müharibə aparmağa qərar verəcəyiksə, ermənilərə bir haqq verə bilərik. Ancaq təslim olmaq haqqını...”.

O deyib ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunması ilə nə Azərbaycan dövləti, nə də vətəndaşlar barışmayacaqlar:

"Torpaqlarımızın işğaldan azad olunması ümumi, həm də müqəddəs məqsədimizdir. Bütün fəaliyyətimiz buna köklənib. İstərdim ki, məhz bunu əsas tutaq və bu baxımdan məsələnin erməni jurnalistlər Azərbaycana gəlsinlər və ya gəlməsinlər, yaxud bizimkilər düşmən ölkəyə getsinlər, ya getməsinlər kimi qoyuluşunu düzgün saymıram. Nəzərə alaq ki, ümumən intellektual təmas önəmlidir”.

Deputatın sözlərinə görə, 2001-ci ilə qədər qarşılıqlı jurnalist səfərləri olub: “O zaman bir ümid var idi. Ermənistan ictimaiyyətində, belə demək mümkünsə, yumşalmalar nəzərə çarpırdı. 1999-cu ildə oradakı məlum parlament güllə-boranından sonra siyasi proseslərin səmti dəyişməyə başladı. Nəticədə Ermənistan danışıqlardan dolayı yolla geri çəkildi. Getdikcə proses düyünə düşdü. Ümumən siyasi durumun dəyişməsi jurnalist səfərlərinə də təsir göstərdi. Səfərlər səngidi, sonra dayandı. Bildiyimə görə, Azərbaycandan Ermənistana ən son gedən jurnalist "Turan" İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyevdir. Səfər bu ilin əvvəlində gerçəkləşmişdi və onun faydalı olduğunu düşünürəm.

1999-2001-ci illərdə istəyimiz bu idi ki, Ermənistan cəmiyyəti real vəziyyəti anlasın. Bunu indi də istəyirik. Çünki erməni cəmiyyətinin bu gün də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düzgün təsəvvürdə deyil. Münaqişənin mahiyyəti tamamilə yanlış interpretasiya edilib. Bu, onların siyasi məqsədlərindən irəli gəlib”.

Ə. Amaşov iki ölkə jurnalistlərinin səfərlərinə soyuq yanaşılmalı olduğunu hesab edir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/gcy6aa

Самое читаемое