DSX: Biləsuvarda sərhəd pozucusu öldürülüb

DSX bildirib ki, sərhəd pozucusu Cəlilabad rayon sakini 1994-cü il təvəllüdlü Tural Əmirovdur.

Source: Foto: DSX


“Şəxsin üzərindən 12 kq 340 qram narkotik tapılıb”

Biləsuvarda sərhədi pozan Azərbaycan vətəndaşı sərhədçilər tərəfindən öldürülüb.

Bu barədə

Dövlət Sərhəd Xidməti

nin (DSX) məlumatında deyilir.

Məlumata görə, noyabrın 3-də saat 04:50 radələrində Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində naryad tərəfindən 1 nəfər naməlum şəxs dövlət sərhədini pozub.

“Sərhədçilər “Dayan” əmri verərək havaya xəbərdarlıq atəşi açsalar da, naməlum şəxs üzərindəki çantanı ataraq İran İslam Respublikası istiqamətində qaçmağa cəhd göstərib. Sərhədçilər qanuna müvafiq olaraq silah tətbiq ediblər və nəticədə sərhəd pozucusu aldığı güllə yarasından ölüb”, – məlumatda deyilir.

DSX bildirib ki, sərhəd pozucusu Cəlilabad rayon sakini 1994-cü il təvəllüdlü Tural Əmirovdur. Müəyyən edilib ki, o, oktyabr 31-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İrana gedib.

Məlumata görə, əraziyə baxış zamanı ölən şəxsin üzərindən 1 ədəd qara çantada ümumi çəkisi təxminən 12 kq 340 qram olan müxtəlif növ narkotik vasitələr, 1 ədəd “Pietro Beretta” markalı tapança, 1 ədəd daraq, 8 ədəd patron aşkar olunub.

DSX bildirib ki, hadisə yerinin bilavasitə yaxınlığında sərhəd pozucusunu qarşılayan göy rəngli “Niva” markalı 99-FC-999 dövlət nömrə nişanlı avtomobildə Biləsuvar rayonunun sakini 1991-ci il təvəllüdlü Elgün Həsənov və Mingəçevir rayonunun sakini 1995-ci il təvəllüdlü Orxan Nəsirzadə şübhəli şəxs qismində saxlanılıblar.

Ana səhifəSiyasətDSX: Biləsuvarda sərhəd pozucusu öldürülüb