Ramiz Mehdiyev

Источник: Foto: Meydan tv

Оглавление: Ramiz Mehdiyev

"Dövlət qurumları Ramiz Mehdiyevin məktubuna əhəmiyyət vermir”

"Dövlət qurumları Ramiz Mehdiyevin məktubuna əhəmiyyət vermir”

Vətəndaşın mülkiyyət hüququ ilə bağlı məhkəmə qərarı 4 il yarımdan çoxdur ki, icra olunmur

Bakı Dairəvi Avtomobil Yolu layihələndirilərkən Binəqədi rayonu ərazisində vətəndaş Zemfira İslam qızı Əliyevanın mülkiyyəti tikinti sahəsi altına düşüb. O dövrdə Nəqliyyat Nazirliyi vətəndaşın mülkiyyətini söküb, kompensasiya verməkdən isə yayınıb. Məsələ məhkəmələrdə mübahisələndirilib, vətəndaşın iddiası qismən də olsa təmin edilib. Amma məhkəmə qərarının icrası bu günə qədər yerinə yetirilməyib. Məsələ hətta Prezident Adminstrasiyası səviyyəsində müzakirə olunub, Adminstrasiya rəhbəri Ramiz Mehdiyev məhkəmə qərarının icrası ilə bağlı nəqliyyat naziri Ziya Məmmədova məktub da yazıb. Lakin nəticə dəyişməyib.

Zemfira Əliyeva xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir:

“Qanunda yazılıb ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Mülkiyyət hüququmla bağlı məhkəmənin qərarı 4 il yarımdan çoxdur ki, icra olunmur. Maliyyə Nazirliyi və digər dövlət qurumları Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məktubunu belə nəzərə almırlar”.

Vətəndaşın sökülmüş mülkləri Bakı şəhəri, Binəqədi rayonu, R.İsmayılov küçəsində yerləşməklə “A” tikilisi 95,7 kv metr, “B” tikilisi 129,4 kv.metr, “G” tikilisi 108,6 kv.metr olub.

Zemfira Əliyevanın mülkiyyətində olmuş həmin torpaq sahəsində tikililər Bakı şəhərində nəqliyyat sistemi işinin səmərəli təşkili və beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit avtomobil nəqliyyatı vasitələrinin paytaxta daxil olmadan marşruta uyğun hərəkətinin təmin edilməsi məqsədi ilə sökülüb.

“Mülklərim Bakı Dairəvi Avtomobil Yolu Layihəsi çərçivəsində söküldü, amma kompensasiya ödənmədi. Ödənilməmiş kompensasiya tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim. Cavabdehlər Maliyyə Nazirliyi və Nəqliyyat Nazirliyindən 300 min 608 manat kompensasiyanın və 395 min 160 manat məbləğində 13,7 sot torpaq sahəsinin dəyərinin tutularaq ödənilməsi məhkəmədən xahiş etdim. Məhkəmə qanunsuz olaraq iddianı rədd elədi” –deyə Zemfira Əliyeva bildirib.

Ramiz Mehdiyevin Ziya Məmmədova məktubu

Ramiz Mehdiyevin Ziya Məmmədova məktubu

Источник: Foto: Meydan tv

Qeyd edib ki, həmin qərardan apelyasiya şikayəti verib: “Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası şikayəti qismən təmin elədi. Kompensasiya kimi 221 min 576,8 manat Nəqliyyat Nazirliyindən tutularaq ödənilməsi haqda qərar verdi. Məhkəmə Maliyyə Nazirliyinə münasibətdə tamamilə, cavabdeh Nəqliyyat Nazirliyinə münasibətdə əmlakın dəyərinin 20 faizi məbləğində kompensasiya kimi 79 min 031,2 manatın və 13,7 sot torpaq sahəsinin dəyəri kimi 395 min 160 manatın ödənilməsi tələblərinin rədd olunması hissələrində dəyişdirilmədən saxlanılmasını qərara aldı. Ali Məhkəməyə şikayət elədim. Bu dəfə apelyasiya instansiyasının qərarı dəyişdirilmədən saxlanıldı. Qətnamə rəsmi qaydada icra üçün təqdim olunsa da, dövlət orqanları, xüsusən buna məsul olan Maliyyə Nazirliyi qətnaməni icra etmir”.

Zemfira Əliyeva deyir ki, həmin pul məbləği ölkədə baş vermiş manatın devalvasiyası və inflyasiya nəticəsində dəyərini itirib. Lakin bu məbləği belə ala bilmir.

“Prezident Administrasiyası rəhbərinin 23 aprel 2015-ci il tarixli Nəqliyyat Nazirliyinə ünvanlanmış məktubunda Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 sentyabr 2012-ci il tarixli, 2-1 inz (l03)765/2012 saylı qərarının uzun müddət icra edilməmiş qalması göstərilir və bununla bağlı 18.05.2015-ci il tarixədək Prezident Administrasiyasına məlumat verilməsi xahiş olunur. Lakin buna baxmayaraq, Nəqliyyat və Maliyyə nazirlikləri məhkəmə qərarını icra etmirlər. Maliyyə Nazirliyindən həmin qərarın icra edilməsini xahiş edirik. Maliyyə Nazirliyindən dəfələrlə bizə kobud şəkildə cavab verərək, bildiriblər ki, “hara şikayət edirsiniz edin, istəyirsiniz mitinq edin, bizim sizə veriləcək pulumuz yoxdur”. Bax belə, dövlət idarələri prezidentin yürütdüyü siyasətə zidd çıxaraq, insanları narazı qalmağa qəsdən təhrik edirlər” - deyə, vətəndaş bildirib.

Prezident Adminstrasiyası rəhbəri Ramiz Mehdiyevin nəqliyyat naziri Ziya Məmmədova ünvanladığı 23 aprel 2015-ci il tarixli məktubunda deyilir:

“Hörmətli Ziya müəllim,

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 303 nömrəli Fərmanında verilmiş tapşırıqla əlaqədar dövlət orqanları tərəfindən - məhkəmə qərarlarının icra olunması vəziyyəti bərədə məlumatı Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir.

Həmin məlumata əsasən, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin və onun tabe qurumunun cavabdeh olduqları 3 iş üzrə məhkəmə qərarları uzun müddət ərzində icra edilməmiş qalmaqdadır.

İcrası təmin olunmayan məhkəmə qərarlarının siyahısı Sizə göndərilərək, həmin qərarların icra edilməsi üçün zəruri tədbirlərin görülməsi və nəticəsi barədə məlumatın 2015-ci il mayın 18-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına verilməsi xahiş olunur.

Qoşma; 2 vərəq Ramiz Mehdiyev”

Maliyyə Nazirliyindən Meydan TV-yə bildiriblər ki, vətəndaş təkrar nazirliyə müraciət edərsə, məsələ araşdırılıb, müvafiq cavab verilər.

məlumat

məlumat

Источник: Foto: Meydan tv

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/tstbso

Самое читаемое