Dini icmalara avtomobil hədiyyə edildi

14 icmaya “Khazar SD” markalı maşın verilib

Source:


14 icmaya “Khazar SD” markalı maşın verilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya “Khazar SD” markalı avtomobillərin açarları verilib. Avtomobillər Prezident İlham Əliyevin Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 11 sentyabr 2018-ci il tarixli Sərəncama əsasən həyata keçirilib.

Komitənin yaydığı məlumata görə, noyabrda daha 7 dini icmaya avtomobil veriləcək.

Sözügedən Sərəncama uyğun olaraq bundan əvvəl Naxçıvan Muxtar Respublikasında 4 dini icmaya “NAZ Lifan 330” markalı avtomobillər verilib.

Ana səhifəXəbərlərDini icmalara avtomobil hədiyyə edildi