Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiə Komitəsinin İşçi Qrupu yaradılıb

Ermənistanda girovluqda saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiəsi Komitəsinin iclası keçirilib

Source:
Dilqəm Əsgərov və Şahbaz Quliyev
Dilqəm Əsgərov və Şahbaz Quliyev

Ermənistanda girovluqda saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiəsi Komitəsinin iclası keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə Milli Məclisin deputatları, ziyalılar iştirak ediblər.

Çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib ki, onların azadlığa buraxılması ilə bağlı iş aparmaq çox çətindir.

O qeyd edib ki, girovların azadlığa buraxılması məsələsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir: “Onlara girovluqda işgəncə verirlər. Saxta məhkəmə quraraq onlara qarşı ittiham irəli sürüblər. Beynəlxalq təşkilatlar isə bu məsələdə susurlar. İstəsələr, onların azadlığa buraxılmasına nail ola bilərlər. Biz Müdafiə Komitəsinin İşçı Qrupunu yaradırıq, məqsədimiz onların azadlığa buraxılmasına nail olmaqdır. Bununla biz ictmai rəyə təsir etmək istəyirik”.

İclasda Müdafiə Komitəsinin 5 nəfərdən ibarət İşçi Qrupunun yaradıldığı elan edilib, komitənin tərkibi də genişləndirilib. İşçi Qrupunun həftədə bir dəfə iclasının keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Bundan başqa, Müdafiə Komitəsinin sədrinin Milli Məclisin sabiq deputatı Əlövsət Ağalarov olması təklif edilib, təklif səsə qoyularaq qəbul edilib.

Sonda Müdafiə Komitəsi adından Azərbaycan Prezidenti İlham Əliyevə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Ra’ad Al Husseinə, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinə müraciət ünvanlanıb.

Müraciətdə girovların azadlığa buraxlması üçün dəstək verilməsi xahiş olunub.

Ana səhifəXəbərlərDilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiə Komitəsinin İşçi Qrupu yaradılıb