“Dedilər, taksi kasıblar üçün deyil, avtobus gözləyirəm…”

“Dedilər, taksi kasıblar üçün deyil, avtobus gözləyirəm…”

Ötən ay Bakıya yüzlərlə yeni “London taksisi” gətiriləndən sonra dövlət strukturları da yenidən bu sahədə islahatlar haqda danışmağa başlayıb. Bakı Nəqliyyat Agentliyi (BNA) taksi xidmətləri üçün vahid dispetçer xidməti yaratmağı və vahid tarif tətbiq olunmasını təklif edib. Agentlikdən deyilir ki, müzakirəyə çıxarılan konsepsiyanın məqsədi taksi sürücülərinin az qazanması, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi və s. problemlərin aradan qaldırılmasıdır. Ekspertlər isə dövlətin bu cür müdaxiləsinin inhisarçılıq və qiymət artımı ilə nəticələnəcəyindən danışır.

“Dövlətə məxsus “Bakı Taksi Xidməti” var. Hazırda yeni taksi maşınları da gətirilib. Həmin maşınların qiymətləri də, xərcləri də çox bahadır. İnanmıram ki, həmin taksilər hazırki bazar qiymətləri ilə rəqabət apara bilsin. Dövlət bu taksilərin fəaliyyətinə görə qiymətə müdaxilə edir”, -hüquq müdafiəçisi Rəhim Xoyski deyir.

Sürücülərin hüquqlarını müdafiə məqsədilə yaradılan RAHA hüquq şirkətinin rəhbəri Rəhim Xoyski bu sahədəki müşahidələrini bölüşür. Onun fikrincə, dövlət sürücüləri düşünürsə, taksi şirkətlərinin onlardan aldığı faizi aşağı salmalıdır.

Verdiyi təklif ictimaiyyət tərəfindən geniş tənqid olunan Bakı Nəqliyyat Agentliyi son açıqlamasında müraciətləri nəzərə alaraq konsepsiyanın üzərindən yenidən işlənəcəyini bildirib. Açıqlamaları ilə narazılıq yaradan şöbə müdiri Hikmət Babayevin isə işdən çıxarıldığı deyilir.

Ana səhifəVideo“Dedilər, taksi kasıblar üçün deyil, avtobus gözləyirəm…”