Sərhəddə yoxlama

Источник: Foto: Meydan TV

Başlıq: Sərhəddə yoxlama

Azərbaycanda daha 2 nəfərdə koronavirus aşkarlandı (yenilənib)

Статья обновлена:  29 Февраль 2020

***

18.10. Mövcud epidemioloji vəziyyətlə əlaqədar fevralın 29-dan "Azərbaycan Hava Yolları" QSC (AZAL) İran İslam Respublikasına uçuşları dayandırır.

Bu barədə AZAL-ın yaydığı məlumatda bildirilib.

"Bu gün axşam aviaşirkətin aşağı büdcəli törəməsi "Buta Airways" İmam Xomeyni adına hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son J2-9005 nömrəli reysini yerinə yetirəcək. Həmçinin, "İran Air" aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandıracaq".

***

17.05. İran İslam Respublikasında yeni koronavirusun (Covid 19) yayılması nəticəsində 43 nəfər ölüb.

Bu barədə qonşu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur açıqlama verib.

Onun sözlərinə görə, İranda bu virusa yoluxanların sayı 593 nəfərə çatıb:

"Ötən sutkada daha 205 nəfər virusa yoluxub. Sağalanların sayı isə 123-ə çatıb".

***

Azərbaycan İranla sərhədləri bağlayır

İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib.

Azərtac” Nazirlər Kabineti yanında operativ qərargaha istinadən bu məlumatı yayıb.

Bildirilib ki, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.

Qeyd olunur ki, hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir:

“Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür”.

Eyni zamanda, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral saat 16:00-dan etibarən ikihəftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.

“Yaranmış vəziyyət İran İslam Respublikasının aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və Azərbaycanın bu qərarı barədə rəsmi Tehrana məlumat verilib. İran İslam Respublikası ilə əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Zəruri hallarda, İran İslam Respublikası vətəndaşlarına humanitar əsaslarla vizaların rəsmiləşdirilməsi həyata keçiriləcəkdir”.

Fevralın 28-də Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Həmin şəxs Rusiya vətəndaşıdır və o, İran İslam Respublikasından Azərbaycana daxil olarkən xəstəliyin əlamətləri müşahidə olunub.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  29 Февраль 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/tvl0fp

Самое читаемое