Источник: Meydan TV

Dağlıq Qarabağın statusu mövzusunda fərqli fikirlər və problemlər

Dağlıq Qarabağın statusu mövzusunda fərqli fikirlər və problemlər

II Qarabağ müharibəsini sona çatdıran 2020-ci ilin 9-10 noyabr tarixli bəyanatı rus sülhməramlılarının yerləşdirildiyi və tanınmayan idarəçiliyin hələ də qaldığı Dağlıq Qarabağ ərazisinin gələcək taleyinə aydınlıq gətirmədi. Azərbaycanda bu söz çox sevilməsə də, status mövzusu hələ də açıq qalır. Bu qənaətə tərəflərin şifahi və yazılı açıqlamalarından da gəlmək olar. Rusiya prezidenti Vladimir Putin status mövzusunun gələcək nəsillərə saxlandığını, Azərbaycan prezidenti İlham Əliyev isə “gorbagor olduğunu” deyir. Ermənistanın Baş naziri Nikol Paşinyan tərəflərin 11 yanvar Moskva görüşündə münaqişənin tam həll edilmədiyini, Dağlıq Qarabağın statusu probleminin qaldığını qeyd edib.  Kimin haqlı olduğunu aydınlaşdırmaq isə asan deyil. Suallar açıq qalır, tərəflərin ziddiyyətli bəyanatları və açıqlamaları hər gün daha da artır. Rusiya xarici işlər naziri Sergey Lovrov bəyanatda status mövzusuna niyə toxunulmadığına aydınlıq gətirib:

“Dağlıq Qarabağın statusu 9 noyabr bəyanatında qeyd olunmayıb. Bu, şüurlu şəkildə edilib. Ora Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı bölgədir. Dağlıq Qarabağın status problemi ziddiyyətlidir. Ona görə də Yerevan və Bakının mövqeləri nəzərə alınaraq danışıqlar zamanı ölkə başçıları tərəfindən bu məsələdən yan keçməyə qərar verilib”.

Siyasi şərhçi Zərdüşt Əlizadə hesab edir ki, ermənilərin Dağlıq Qarabağın statusu qarşılığında Azərbaycana verəcəkləri bir şey qalmayıb.

Dağlıq Qarabağın statusunun müəyyən edilməməsi başqa bir problemi də ortaya çıxardı. Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərini Azərbaycan Xarici İşlər Nazirliyinin sərt bəyanatı müşayiət etdi:

“Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu Ermənistan tərəfinə baha başa gələ bilər”.

Rəsmi Bakının hansı cəza tədbirlərini nəzərdə tutduğu bəlli deyil.

Mütəxəssisləri bu problemin həlli üçün növbəti anlaşmaya ehtiyac olduğunu deyir.

Zərdüşt Əlizadə deyir ki, kommunikasiyaların açılması münaqişənin tam həllinə müsbət təsir göstərəcək.

Tərəflər arasında razılığı təmin edən ölkə kimi Rusiyanın mövqeyi isə ondan ibarətdir ki, erməni rəsmilərinin Dağlıq Qarabağa səfərləri Laçın dəhlizi ilə bağlı razılaşma əsasında təmin olunur.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirərkən deyib ki, sülhməramlılar Dağlıq Qarabağa kimin gəlib-getməsinə qərar verməli deyillər. “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil”. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.

Azərbaycan və Ermənistan arasında yekun sənədin imzalanması hələ ki gündəlikdə deyil. Həmin dövrə qədər tanınmayan idarəçilik və rus sülhməramlıları tərəfindən nəzarət olunan bölgəyə Azərbaycanın təsir imkanları yox kimi görünür. Hərçənd, Azərbaycan tərəfi bunu qəbul etmir, Ermənistanı yeni reallıqla barışmağa çağırır.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/jirul8

Самое читаемое