Источник: Meydan Tv

Co Bayden erməni soyqırımını tanıya bilər

Статья обновлена:  22 Апрель 2021

Rauf Mirqədirov: “Ankara ilə münasibətlərin kəskinləşməsi Bayden administrasiyasına heç də sərfəli deyil”

ABŞ Prezidenti Co Bayden ermənilərin I Dünya müharibəsi zamanı Osmanlı imperiyasında kütləvi öldürülməsini soyqırım aktı kimi tanıya bilər.

Co Baydenin bu açıqlamanı söyləyəcəyi haqda ilk dəfə “The New York Times” və “The Wall Street Journal” yazıb.

“Reuters” yazır ki, bu addım əsasən simvolik olsa da, Ağ Evin onillərlə ehtiyatla formalaşdırdığı dildən imtina demək olar.

“Prezident Bayden aprelin 24-də qurbanların anım mərasimində çox güman ki, “soyqırımı” sözünü işlədəcək”, - məsələdən agah üç mənbə agentliyə deyib.

Ağ evin sözçüsü Jen Psaki jurnalistlərə söyləyib ki, Ağ Ev məsələ haqda şənbə günü “daha çox şey danışacaq”, amma detalları açıqlamayıb.

Dövlət Departamenti şərh üçün müraciətə cavab verməyib, Ağ Evin Milli Təhlükəsizlik Şurası da Psakinin dediyindən əlavə nəsə bildirməyib.

Bu barədə Azadliq Radiosu yazıb.

Bildirilib ki, 1 il öncə Bayden hələ namizəd olanda Osmanlı hakimiyyətinin son illərində öldürüldüyü bildirilən 1.5 milyon ermənini yad edib, bu qırğınları genosid kimi tanıma cəhdlərini dəstəkləyəcəyini söyləyib.

2019-cu ildə ABŞ senatı qırğınları genosid kimi tanıyan, amma hüquqi qüvvəsi olmayan qətnamə qəbul edib.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Источник: Meydan Tv

Avropada mühacir həyatı yaşayan siyasi şərhçi Rauf Mirqədirov Meydan TV-yə ABŞ mətbuatında bir-birini təkzib edən iki ehtimal irəli sürüldüyünü qeyd edib.

“Bir hissəsi Baydenin genosid ifadəsini səsləndirəcəyini, digər tərəf isə işlətməyəcəyini bildirib və iki səbəb xatırladıb. Birinci səbəb odur ki, Baydenin vitse-prezidenti olduğu Obama administrasiyası soyqırımı tanımadı. İkinci səbəb onu göstəriblər ki, erməni soyqırımını indiki mərhələdə tanımaq Ankara ilə münasibətlərin həddən artıq kəskinləşməsinə, dondurulmasına gətirər və bu da Bayden administrasiyasına heç də sərfəli deyil. Mən ikinci ehtimalın gerçəkələşəcəyini düşünürəm. Baydenin seçki öncəsi vədinin və Ankara ilə münasibətlərin nə qədər gərgin olub-olmamasından asılı olmayaraq, hətta Vaşinqton Türkiyəyə müəyyən sanksiyalar tətbiq edə bilər, amma hazırda erməni genosidini tanımaq fikrində deyil”.

Rauf Mirqədirov bildirib ki, Obama 1915-ci il olaylarını “çox böyük bir faciə” deyə adlandırdı:

“Düşünürəm ki, Bayden də buna oxşar ifadədən istifadə edəcək və əlbəttə, Türkiyədə böyük reaksiyaya səbəb olacaq. Amma nəzərə alın ki, Türkiyə cəmiyyəti insan haqları ilə bağlı sərt açıqlamalara nisbətən dözümlü yanaşır, amma erməni məsələsi ictimaiyyətin mütləq əksəriyyəti üçün çox ağrılıdır. Ona görə də kəskin münasibət olur. Bu mənada Bayden administrasiyası onsuz da iki dövlət arasındakı soyuq olan münasibətləri daha da kəskinləşdirə bilər, həm də NATO daxili münasibətlərə də təsir edər və Rusiya amili də var”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  22 Апрель 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/cyxpks

Самое читаемое