Çinin vəhşi təbiətə olan iştahı virusa qalib gələ bilər

Sincab və qaban da daxil olmaqla təxminən 40,000 heyvanı əhatə edən basqın koronavirusla əlaqəlidir.

Source: Foto: Reuters


Polis vəhşi heyvanların tutulmasına və satışına müvəqqəti qadağa qoyub

Son iki həftə ərzində Çin polisi evlərə, restoran və bazarlara basqın edib. Polis vəhşi heyvanların tutulması, satılması və ya yeyilməsi ilə bağlı müvəqqəti qadağanı pozduğuna görə 700-ə yaxın insanı həbs edib,- “Reuters” xəbər verir.

Sincab və qaban da daxil olmaqla təxminən 40,000 heyvanı əhatə edən basqın koronavirusla əlaqəlidir. Buna baxmayaraq, çinlilərin vəhşi heyvanları yemək və heyvan hissələrini dərman məqsədləri üçün istifadə etmək zövqünün bir gecədə yox olacağı mümkün deyil.

Qanuni şəkildə eşşək, it, maral, timsah və digər ət növü satan ticarətçilər “Reuters”-ə deyiblər ki, onlar bazarlar açıldıqdan sonra yenidən işə qayıtmağı planlaşdırırlar.

“Qadağa ləğv edildikdən sonra yenidən satmaq istərdim”,- onlayn vəhşi təbiət mağazasını idarə edən və Çinin muxtar Daxili Monqol bölgəsində mağazalar işlədən Gong Jian deyib: “İnsanlar vəhşi heyvan almağı sevirlər. Onları yemək üçün və ya hədiyyə olaraq alırlar, çünki çox göstərişlidir”.

Gong deyib ki, o, timsah və maral ətini böyük dondurucularda saxlayıb, lakin supermarketlərin artıq yumurtalarını almadıqları və dondurulduqdan sonra yeyilə bilmədikləri üçün böyüdülmüş bütün bildirçinləri öldürməli olub.

Alimlər yeni koronavirusun insanlara yarasalardan pangolinlər, kiçik qarışqa yeyən məməlilərdən keçdiyinə şübhə edir. Bu versiya hələ təsdiqini tapmayıb. Pangolinlər ənənəvi Çin təbabətində yüksək qiymətə sahibdir.

İnfeksiya ilk olaraq Vuhan şəhərində yarasalar, ilanlar və digər vəhşi heyvanların satıldığı bazardan məhsul almış insanlardan tapılıb. Çin yanvar ayında bütün bu bazarları müvəqqəti olaraq bağlayıb.

“Reuters” xəbər verir ki, bu addım ölkənin mədəniyyət və tarixində kök salmış xalq zövqünü və münasibətini dəyişmək üçün yetərli deyil.

“Bir çox insanın fikrincə, heyvanlar insanlar üçün yaşayır, onlar yeri insanlarla paylaşmır”,- Çin Elmlər Akademiyasının təqaüdə ayrılmış zoologiya araşdırmacısı Vang Song deyib.

Koronavirus indiyədək 1600 insanın həyatına son qoyub və vəhşi heyvanların ərzaq və təbabət üçün istifadəsi ilə bağlı ictimai müzakirələrə səbəb olub. Bu mövzu 2003-cü ildə SARS virusunun aktiv olduğu zamanda da gündəmə gəlmişdi. Bir çox elm insanı, ətraf mühit aktivistləri və yerli əhali beynəlxalq müzakirə qruplarına qatılaraq vəhşi heyvanların ticarətinə daimi qadağa qoyulmasını tələb edirlər. Onlar vəhşi heyvan bazarlarının bağlanmasını istəyirlər. Çində əsasən gənc nəslin çoxluq təşkil etdiyi onlayn müzakirələrdə vəhşi heyvan bazarlarının daimi qapadılmasına isti münasibət var.

download.jpg
Çin
Ana səhifəDünyaÇinin vəhşi təbiətə olan iştahı virusa qalib gələ bilər