Çili polis məmurları “Molotov kokteyli” ilə atəşə verilib

Hər iki qadın polis xəstəxanaya yerləşdirilib

Source: ABC News

Mərkəzi Santyaqoda etirazları dağıtmağa çalışan iki polis alovlar içində qalıb, “Reuters” xəbər verir.

Çilidə mitinqlər iki həftə əvvəl ictimai nəqliyyatda gediş-gəlişlə əlaqədar yaranmış artımlara etiraz olaraq başlayıb. Mitinqlər daha sonra Latın Amerikasının ən zəngin xalqlarından olan Çilidə bərabərsizliyə etiraz olaraq geniş vüsət alıb.

Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su topu istifadə edərkən, polis istiqamətində atılan bir neçə “Molotov kokteyli” polislərə dəyib və iki polis alovlar içində qalıb. Onlara həmkarları kömək edib. Yanğınsöndürücüdən istifadə edilib.

Polisdən verilən məlumata görə, iki qadın polis, biri 25 yaşlı María José Hernández Torres və digəri 20 yaşlı Abigail Catalina Aburto Cardenas ciddi xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.

“Bir polis məmurunun Molotovla atəşə verildiyini və qrupunun yanğını söndürməyə çalışdığını gördüm”,- “Reuters”in fotomüxbiri Jose Silva deyib.

Hadisə yerinin yaxınlığındakı damdan hadisələri sənədləşdirən və Çilidə yaşayan “Reuters” fotoqrafı İvan Alvarado deyib ki, alovla sürətlə yayılırdı və polis məmurları yanğını əlləri ilə söndürməyə çalışırdılar.

Çilinin Daxili işlər naziri Gonzalo Blumel bazar ertəsi axşam qadınları xəstəxanada ziyarət edib və hücumu "zorakılıq … vətəndaşların qanuni tələbləri ilə heç bir əlaqəsi olmayan akt" adlandırıb.

“Bu, həmvətənlərimizin təhlükəsizliyini qorumaq üçün çalışan iki polis məmuruna qarşı qorxaqcasına edilmiş təcavüzdür”,- o deyib.

Meksikada məskunlaşmış və Santyaqoda da hadisə yerində olan fotoqraf Henry Romero deyib ki, hadisə polisin dərhal reaksiyasına səbəb olub:

“O andan işlər gücləndi, polis çoxlu qaz və rezin güllələrdən istifadə etməyə başladı, təkrar atəşin səs-küyü yüksəldi”.

Adının çəkilməməsini xahiş edən bir polis məmuru deyib ki, meydandakı zabitlər əvvəlcə su topları, sonra gözyaşardıcı qazdan istifadə edərək standart əməliyyat qaydalarına əməl ediblər. O, rezin güllələrdən “qaçılmaz təhlükə” hallarında istifadə edildiyini söyləyib. “İctimai asayişə nəzarət çox mürəkkəb olub”,- o deyib.

“Reuters” iki polis əməkdaşının ailələri ilə əlaqə saxlaya bilməyib. Onların müalicə olunduğu xəstəxana isə şərh verməkdən imtina edib.

İnsan hüquqları qruplarına görə, yaralanmış iki qadın məmur son iki həftə ərzində nümayişlərdə yaralanan 800 polis əməkdaşı arasında, xəstəxanaya yerləşdirilən 1650 etirazçı arasında yer alır.

Ana səhifəDünyaÇili polis məmurları “Molotov kokteyli” ilə atəşə verilib