Çeçen fəalı Titiyev sərbəst buraxılıb

Titiyev deyir ki, onun cibinə marixuana “Memorial”ın Çeçenistanda fəaliyyətini susdurmaq üçün hakimiyyət orqanları tərəfindən niyyətli qoyulub.

Source: meydan tv


Onu həbsxananın qarşısında həmkarları, dostları, yaxınları qarşılayıb

Çeçenistan hüquq müdafiəçisi Oybek Titiyev məhkəmə qərarından 11 gün sonra sərbəst buraxılıb, – Azadlıq Radiosu xəbər verir.

Titiyev iyunun 21-də Argun şəhərindəki həbsxananı tərk edib. O, həbsxananın divarları qarşısında ailəsi, qohumları, dostları, həmkarları, tərəfdarları və jurnalistlər tərəfindən qarşılanıb.

Çeçenistanın Şali rayon məhkəməsi iyunun 10-da Tifiyevin vaxtından əvvəl azadlığa buraxılması haqda qərar verib.

“Memorial” Çeçenistan İnsan Hüquqları Qrupunun 61 yaşlı rəhbəri Titiyev 2018-ci ilin yanvar ayında polis tərəfindən saxlanılıb. Onun üzərində marixuana tapıldığı iddia edilib.

Titiyev deyir ki, onun cibinə marixuana “Memorial”ın Çeçenistanda fəaliyyətini susdurmaq üçün hakimiyyət orqanları tərəfindən niyyətli qoyulub.

Mart ayında Şali məhkəməsi Titiyevi qanunsuz narkotik maddə saxlamaq ittihamı ilə məhkum edib və Argun cəza həbsxanasında dörd il məcburi əməyə cəlb edib.

Titiyev, vəkilləri və dəstəkçiləri ona qarşı olan ittihamları rədd edirlər və ittihamların siyasi motivli olduğunu deyiblər.

Titiyevin məhkəməsi Rusiyadakı hüququn aliliyi ilə bağlı narahatlıqlarını bildirən qərb hökumətləri tərəfindən yaxından izlənib. Beynəlxalq insan haqları qrupları Titiyevin mühakiməsini komediya adlandırıb.

Ana səhifəDünyaÇeçen fəalı Titiyev sərbəst buraxılıb