Cəbrayıl, Zəngilan və Qubadlının kəndləri işğaldan azad edilib

1 aydan çoxdur davam edən hərbi əməliyyatlar nəticəsində 4 şəhər – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı; 3 qəsəbə – Hadrut, Mincivan, Ağbənd və xeyli sayda kənd azad olunub.

Source: Meydan TV

İlham Əliyev bu barədə tvit yazıb

Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad edib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da “Twitter” hesabında yazıb.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında atəşkəs pozulub.

1 aydan çoxdur davam edən hərbi əməliyyatlar nəticəsində 4 şəhər – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı; 3 qəsəbə – Hadrut, Mincivan, Ağbənd və xeyli sayda kənd azad olunub.

Ana səhifəSiyasətCəbrayıl, Zəngilan və Qubadlının kəndləri işğaldan azad edilib