Cəbhəyanı bölgələrdən Bakıya sığınanlar

Cəbhəyanı bölgələrdən Bakıya sığınanlar

Yaşadıqları ərazi vaxtaşırı Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə məruz qalan ailələr övladlarını yağan mərmilərdən uzaq tutmağa çalışır. Cəbhəyanı Tərtər, Ağdam, Füzuli rayonlarının bir sıra sakinləri müharibə başladıqdan sonra evlərini tərk etməli olublar. Onlardan bəziləri Yasamal rayonunda yerləşən yataqxanaya sığınıblar.

Tərtər rayon sakini Zemfira Salmanova deyir ki, evlərindən çıxarkən özlərilə sadəcə körpələrinə dəyişək geyim götürə biliblər. Gəldikləri yataqxananın boş otaqları isə xeyriyyəçilərin yardımı ilə müvəqqəti yaşayış yerinə çevrilib. Kimisi yorğan-döşək, kimisi qab-qacaqla kömək olub.

Könül Mehdiyeva isə Ağdam rayonunun Xındırıstan kənd sakinidir. Onların evi də qarşı tərəfdən atılan mərmi nəticəsində dağıntıya məruz qalıb.

Yataqxanaya sığınan ailələr danışır ki, evlərindən çıxdıqları gündən bəri onlarla dövlət qurumlarından kimsə maraqlanmayıb. Bu gün isə onları məskunlaşdıqları binadan çıxarmağa gələnlər olub.

Ailələrə deyilib ki, yataqxanadan çıxmadıqları halda binanın işığını, suyunu kəsəcəklər. İndi isə elektrik enerjisi tez-tez kəsilir. Günün yarısını qaranlıqda keçirməli olan ailələr evlərinə qayıtmaq üçün atəşkəsin olacağı günü gözləyirlər.

Ana səhifəVideoCəbhəyanı bölgələrdən Bakıya sığınanlar