Источник: Meydan.TV

Bu ölkədə qadın olmaq

Səudiyyə Ərəbistanından olan məşhur aktivist Hamza Kaşgari demişdi ki, səudiyyəli heç bir qadın cəhənnəmə getməyəcək, çünki tanrı bir insanı iki dəfə cəzalandırmır. Son günlər baş verənlərdən sonra anladım ki, Ərəbistan çöllərindən o qədər də fərqli durumda deyilik. Sürətlə orta əsrlərə doğru addımlayırıq.

Bu ölkədə qadın olmaq, doğuşdan etibarən həyata 3 addım geridən başlamaqdır. Dünyaya gəlirsən, tənə, məktəbə gedirsən tənə, təhsildə tənə, ailədə tənə. Sənin bioloji, sosial varlıq olman əksəriyyətin vecinə deyil. Sən mülksən. Sən paltaryuyan, qabyuyan, uşaq baxıcısı, aşpaz, seksual aparatsan. Bu, əlbəttə hamıya aid deyil. Bu divarları yıxan qadınlarımız varmı? Əlbəttə var, amma neçə faiz? Bu, siyasət və ya elm deyil ki, 1 faiz aktiv, passionar adam cəmiyyəti irəli aparacaq deyəsən. Əgər bir ölkədə qadınların böyük əksəriyyəti hələ də orta əsrlərdəki davranışa məruz qalırsa, heç kim yaxasını kənara çəkə bilməz. Hamımız məsuliyyət daşıyırıq.

Son günlər baş verən, adamın qanını donduran cinayətlərə və o cinayətlərin sosial mediada müzakirəsi zamanı ortaya çıxan fikirlərə baxırsan və anlayırsan ki, əslində bütün bu texnoloji yeniliklər, zahiri dəyişikliklər, proqressiv yeni gənclik sadəcə kiçik bir azlığın öz enerjisi və həyat eşqi ilə yaratdığı illüziyadır. Əksəriyyət beyin olaraq hələ də mağaradadır. Və biz heç bir halda o adamlara çata bilmirik. Sosial şəbəkələrdə 1-2 status paylaşmaqla öz vicdanımızı rahatlatmağa çalışırıq. Nəsə edə bilərikmi? Bilərik. Bu adamlar hər yerdədilər, çünki. Nəhəng repressiya maşınının qarşısında susmayanından tutmuş qərb təhsilli intellektuallarımıza qədər çoxluq etibarilə, böyük əksəriyyətimiz bu adamların qarşısında susuruq. Şəxsi münasibətlərdə bu adamlara zorba, zorakı olduqlarını hiss etdirmirik. Zorakılığı pisləyirik, amma zorakılıq edən yaxınımız, qohumumuz olanda malalamağa çalışırıq. Riyakarlıq edirik. Və sonra da, bu cür cinayətlər olanda əlimizi ağzımıza tuturuq ki, vaaay, bu nəydi.

Halbuki, kimliyindən asılı olmayaraq, eyni əmələ eyni qiyməti versək, zorakılıq edənlərə nifrətimizi hiss elətdirsək, bu, nə qədər potensial zorba üçün tormozlayıcı effekt yaradar.

Məsələnin bir tərəfi də dövlətdir və dünən yazdığım paylaşımda qeyd etdiyim kimi, mədəniyyətin və maarifçiliyin əlinin yetmədiyi yerlərdə cəza olmalıdır. Bəs dövlət və onu idarə edənlər, bu məsələdə maraqlıdırmı? Qadınlara qarşı məişət zəminində baş vermiş onlarla cinayətin materiallarını yaxından izləmişəm. Onlarla bu əməlləri törətmiş məhbusla danışmışam. Və hər dəfəsində cinayət törədənlərin özünü mənəvi olaraq haqlı hesab etməsi qarşısında şoka düşmüşəm. Niyə? Çünki aşağıdan yuxarıya sistem belədir. Çünki hüquq sistemi belə de-fakto qadını kişinin mülkü sayır bu ölkədə. Çünki qaniçən məhkəmə hakimləri, prokurorlar belə qadın cinayətilə ittiham olunanlarla mülayim davranır, əzizləyir, mümkün olan bütün güzəştləri edirlər. Çünki ictimaiyyətin əlinin çatdığı müxalifətçilər deyil təkcə zorakılıq edənlər. Bəşəri dəyərləri hayqıranların arasından belə, zorakılıq edənlər çıxırsa, güc, sərvət, hakimiyyət sahiblərinin hündür divarlar arasında hansı despotizmi nümayiş etdirdiyini düşünmüsünüz heç? Sadəcə cəmiyyət olaraq o qədər zəifik və pul, güc adlanan zəhrimar o qədər qüdrətlidir ki, bu xarabada, bu adamların elədikləri barədə heç bir müzakirələr getmir. Lakin bu cür bərabərsizliyin və zorakılığın ən çox sərf etdiyi də həmin zatlardır. İctimai rəyi nəzərə alan və ondan ehtiyatlanan, gücü, sərvəti olmayan müxalifətçilərdən fərqli olaraq, bu sistemdə bunlara sahib olanlar, daha qəddar və amansızdırlar. Və onlar siyasi hakimiyyətlərindən ikiəlli yapışdıqları kimi, cinsi hökmranlıqlarını da ədalətli şəkildə qarşı cinslə paylaşmağa isti baxmayacaqlar.

Gender mövzuları və gender aktivistlərinin fəaliyyəti indiki dönəmdə siyasi hakimiyyəti əks addımlar atacaq qədər narahat etməsə də (böyük ölçüdə ona görə ki, bu qrupun böyük əksəriyyəti öz dəyərli enerjilərini və vaxtlarını əsas səbəbkarlara deyil, dişləri batan müxalif kəsimə yönəldirlər), əgər güclənmə olarsa və məsələ ciddiləşərsə, bu tip addımların atılacağı da istisna deyil.

Və nəticə nə olur? 3 günə on cinayət. Susan vicdanlar. Laqeyd cəmiyyət. Və harada bitəcəyi bilinməyən qüsurlu dairə davam edir…

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/ssq6z1

Самое читаемое