Qreta Tunberi

Источник: google.az

Başlıq: Qreta Tunberi

Bu il Nobel Sülh Mükafatının qalibi Qreta Tunberi ola bilər

Yaşıl təbliğatçı ən gənc namizədlərdəndir

Builki Nobel Sülh Mükafatı ətraf mühitə qobal diqqəti çəkən 17 yaşıl təbliğatçı Qreta Tunberi (Greta Thunberg) və “Gələcək üçün Cümə” Hərəkatına verilə bilər, - “Reuters” xəbər verir.

1 milyon dollarlıq mükafatın qalibi Osloda 9 oktyabr tarixində 318 namizəd arasından açıqlanacaq.

İsveçli 17 yaşlı gənc üç Norveç millət vəkili və iki İsveç deputatı tərəfindən namizəd göstərilib və əgər qalib gələrsə, o da indiyə qədər ən gənc Nobel mükafatçısı olan pakistanlı Malala Yousafzai ilə eyni yaşda bu mükafatı qazanmış olacaq.

Tarixçi və mükafatla bağlı bir neçə kitabın müəllifi Asle Sveen Tunberinin builki mükafat üçün güclü namizəd olacağını deyib.

“Dünyada heç kim diqqəti iqlim dəyişikliyinə yönəltmək üçün ondan daha artığını etməyib”,-Sveen “Reuters”ə deyib.

Komitə bundan öncə də mükafatı ətraf mühitçilərə verib. 2004-cü ildə Kenyada Wangari Maathai-yə Afrikada 30 milyon ağac əkmə kampaniyasına görə verilib. 2007-ci ildə isə Al Gore və İqlim Dəyişikliyi Hökumətlərarası Paneli mükafata sahib olub.

“Koronavirus böhranı dövründə komitə sülh və təhlükəsizliyə qarşı pandemiya təhlükəsini vurğulamağı da seçə bilər”, - Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun rəhbəri Dan Smit deyib.

“Ətraf mühitə dəyən ziyanla pandemiya arasında bir əlaqə var və Nobel Sülh Mükafatı Komitəsinin bunu vurğulamaq istəməyəcəyini düşünmürəm”, - o deyib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/1o5f0v

Самое читаемое