Bilgəh çimərliyi

Источник: Meydan TV

Başlıq: Bilgəh çimərliyi

“Bilgəhdə insanları pulsuz çimərliklərdən çıxarırlar”

Статья обновлена:  6 Август 2020

Sakin: “Mənim yaxınlığımda dəniz ola-ola başqa yerə niyə getməliyəm?”

Bakının Bilgəh kəndinin sakinlərinin şikayəti var. Onlar kəndlərindəki açıq çimərlikdən istifadə edə bilmədiklərini deyirlər. Onların sözlərinə görə, kənddəki 4-5 kilometrlik sahili olan açıq, pulsuz çimərlikdən polis insanları məcbur çıxarır və onlara "ayrılmış yerlərə gedin" deyir.

Sakinlər bildirirlər ki, həmin ayrılmış yerlərin də minimum qiyməti adambaşına 5 manatdan başlayır. “Yaxşı yerlər də var, qiyməti 10-20 manatarası dəyişir. Həmin çimərliklərin dayanacağı da pulludur. Avtomobilin dayandığı hər saata görə bəzi yerlərdə 1, bəzilərində isə 3 manatadək pul ödəməli olursan”, - şikayətçilərdən biri deyir.

"Ailəm 6 nəfərdən ibarətdir. Polisin dediyi ən ucuz yer yaxınlıqdakı "Şəbəkə" adlanan çimərlikdir. Giriş adambaşına 5 manatdır. Ailəmlə getmək üçün 30 manatı gözdən çıxarmalıyam. Hələ 7-8 saat istirahət edəcəyiksə, maşın üçün də əlavə 7-8 manat ödəməliyəm. Təkcə yerpulu 40 manata gəlib çıxır. Üstəlik, bura samovarımızı, manqalımızı götürüb gəlirik. Açıq sahədir, bişirib yeyirik. Digər sahələrdə bunu edə bilməyəcəyik. Deməli, ailəmə 2 dəfə yemək də almalıyam. Bir sözlə, ən az yesək 60 manat edəcək. Bir günlük dənizdə istirahət bizə 100-110 manata oturacaq", - Bilgəhdə ailəsi ilə istirahətə gələn Bakı sakini Mətləb Hüseynov belə deyir.

çimərlik

çimərlik

Источник: Meydan TV

Əlavə edir ki, karantinə görə 2 oğlu işsiz qalıb. İndi bütün ailənin yükü onun üzərindədir və yaşayışları kifayət qədər çətinləşib:

"Dedik, gələk bir az dincələk, keyfimiz açılsın, ona da imkan vermədilər. Polislə ağızbəhsi etdim, indi başım ağrıyır. O qədər də polis zorakılığını görürük ki, normal söhbət etmək də alınmır, görəndə adamın əsəbləri korlanır. Qızım, yoldaşım da yalvarır ki, evə gedək, təki heç nə danışma onlarla. Bu da bizim istirahətimiz. Nəvəyə də söz vermişdim, demişdim, axşamacan üzəcəyik. Ay üzdük a".

Lətafət Məmmədova isə düşünüb ki, çimərliklərə izin verildiyi gündən nəvələrini hər gün dənizə aparacaq. Ancaq nə dünən, nə də bu gün polis sahilə enməyə imkan verib:

"Ata-anaları şəhərdə yaşayır. Bunları qoyublar mənim yanıma. Yaşlı adamam, mən başqa yer bilmirəm, tanımıram. Dədə-babadan həmişə gəldiyimiz yer buradır. İndi bizi Nardarana yönləndirirlər. Necə gedim? Odur ki, indi qayıdırıq evə, başqa cür mümkün deyil. Mənim yaxınlığımda dəniz ola-ola başqa yerə niyə getməliyəm? İnsanları düşünürlərsə, polis gəlib bizi qovmaq əvəzinə, çağırış etsin ki, sosial məsafəni qoruyun. Normalda da qoruyuruq. Adam bilmir bunlarla neyləsin".

Çimərlik

Çimərlik

Источник: Meydan TV

İyunun 21-dən tətbiq edilən xüsusi karantin rejimi avqustun 5-dən qismən yumşaldılıb. Yumşaldılmaya SMS-icazənin ləğv edilməsi və çimərliklərin açılması daxildir. Tək şərt sosial məsafənin qorunması və sahildə sıxlıq yaranmamasıdır.

Bilgəh sakinləri deyirlər ki, onları maraqlandıran şərtlərə əməl edilməsi yox, məmurlara, özlərinə məxsus çimərliklərə müştəri cəlb etməkdir. Odur ki, insanları pulsuz çimərliklərdən, sahillərdən məcbur uzaqlaşdırırlar.

Daxili İşlər Nazirliyindən məsələyə münasibət bildirməyiblər.

Çimərlik

Çimərlik

Источник: Meydan TV

COVİD-19 pandemiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin avqustun 31-nə kimi uzadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı. Amma bu, əks proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirilib. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə çıxarkən yenidən SMS-lə icazə almalı olurlar. Avqustun 5-dən bu, yenidən ləğv edilib.

Çimərlik

Çimərlik

Источник: Meydan TV

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  6 Август 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/zxmgx1

Самое читаемое