Beynəlxalq Bankın daha bir reytinqi endirilib

Bu, bankın xarici və yerli valyutada uzunmüddətli depozit reytinqidir

"Moody's" Azərbaycan Beynəlxalq Bankının daha bir reytinqini endirib.

Azərbaycan Beynəlxalq Bankının xarici valyutada yüksək təminatsız kredit reytinqi "Caa3" səviyyəsindədir.

Bu barədə "Moody's" reytinq agentliyi məlumat yayıb.

Bildirilir ki, "Moody's" bankın xarici və yerli valyutada uzunmüddətli depozit reytinqini "B1" səviyyəsindən "Caa2" səviyyəsinə endirib.

Depozit reytinqinin aşağı salınmasını agentlik bu cür izah edib:

"Bundan öncə hökumətin banka maliyyə yardımının mümkünlüyü "çox yüksək" səviyyədə qiymətləndirirdiksə, hal-hazırda bunu "yüksək" kimi qiymətləndiririk. Hökumət və bankın birgə açıqlamasında restrukturizasiya prosesinin fiziki şəxslərin əmanətlərinə və korporativ depozitlərə təsir etməyəcəyi bəyan olunub".

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Xalid Əhədov mayın 23-də Londonda bankın xarici kreditorları ilə keçirilmiş görüşdən dərhal sonra əvvəlcə "Fitch", ardınca bu gün "Moody’s" beynəlxalq reytinq agentliyinin ABB-nin reytinqlərini aşağı salmasına bir daha münasibət bildirib.

Bankın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, X.Əhədov deyib ki, bank rəhbərliyi tərəfindən əvvəlcədən də bəyan edildiyi kimi bu addım gözlənilən idi:

"Restrukturizasiya prosesi keçən bank üçün bu, normal bir qərardır. Beynəlxalq reytinq agentlikləri öz ənənəvi standartlarına və praktikalarına əsaslanaraq ABB-nin reytinqlərini müvəqqəti aşağı saldılar. Bu hal qısamüddətlidir. Bankın maliyyə mövqeləri gücləndikcə beynəlxalq agentliklər öz qərarlarına yenidən baxaraq bankın reytinqlərini yenidən yüksəldəcəklər".

Sədr vurğulayıb ki, bu qərarların bankın fəaliyyətinə hər hansı təsiri yoxdur. ABB bütün bank əməliyyatlarını, müştərilərə xidməti normal qaydada davam etdirir.

Onun sözlərinə görə, bankın xarici öhdəliklərinin restrukturizasiyası ABB-nin müştərilərinin və tərəfdaşlarının maraqlarına uyğundur. Bu proses bankın Azərbaycanda və xaricdə yenidən güclənməsini, maliyyə mövqelərinin möhkəmlənməsini təmin edəcək.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/y3w32v

Самое читаемое